Xəbər xətti
24-07-2021
23-07-2021
Yazarlar





Rublika
Arxiv
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Tanınmış vəkillər arasında qalmaqal: “Kişiyə yaraşmayan işlər edir”

Baxılıb: 4790     Tarix: 29-01-2016 16:13   

Tanınmış vəkil Elçin Sadıqovla həmkarı Adəm Məmmədov arasında qalmaqal yaranıb. E.Sadıqov həmkarını onun ailəsinə qarşı çirkin kampaniya aparmaqda günahlandırır

Tanınmış vəkillər arasında qalmaqal:

Sumqayıtfakt.az
xəbər verir ki, vəkil bu barədə özünün facebook səhifəsində yazıb.

O, təəssüf hissi ilə Adəm Məmmədovun öz fəaliyyətini vəkil etikası, qanunvericilik ölçüləri, normal insani münasibətləri gözləmək üzərində deyil, cinayətkarı azadlığa çıxarmaq naminə insanlara qarşı şər atmaqla izahatlar almaq yolunu tutduğunu qeyd edib: “Təəssüflər olsun ki, Adəm Məmmədovun mənə qarşı apardığı qarayaxma kampaniyasına cavab vermək məcburiyyətindəyəm. Adəm Məmmədov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 18 mart 2010-cu il tarixli hökmü ilə dələduzluğa görə 10 il müddətinə məhkum edilmiş, əvvəllər də eyni ittihamla məhkum edilib cəzasını çəkmiş Azad Məmmədovun hüquqlarını müdafiə edir. Həmin hökmü Bakı Apellyasiya Məhkəməsi, ardınca Ali Məhkəmə qüvvədə saxlayıb. Həmin cinayət işində 18 (faktiki zərərçəkmiş) şahid, üç zərərçəkmiş şəxs olub. Zərərçəkənlərdən biri mənim anam - Həsənova Sahibə Mahmud qızıdır. Cinayət işi üzrə məhkum edilmiş şəxsin müdafiəsi üçün heç bir əsas olmadığından, hüquqi imkanlar tükəndiyindən Adəm Məmmədov zərərçəkən anamdan, habelə mənim başqa yaxınlarımdan, psixi xəstə olan, imtina etdiyimiz bacımdan, mənim adımdan istifadə etməklə, habelə işə baxmış hakimləri qaralamaqla dələduzluğa görə məhkum edilmiş şəxsin azad edilməsinə çalışır”.

Vəkil bildirib ki, Adəm Məmmədov müxtəlif media vasitələrində onun adını hallandırmaqla hüquqlarını müdafiə etdiyi şəxsin işini Ali Məhkəmənin Plenumunun müzakirəsinə çıxarmaq, ona qarşı əsassız şikayətlər təşkil edib adından istifadə edərək işi siyasiləşdirməklə cinayətkarın əfv olunmasına nail olmaq istəyir: “Bunun üçün davamlı olaraq mediada Azərbaycan kişisinə yaraşmayan üslubda mənim və anamın barəsində təhqir, böhtan məzmunlu ifadələr yayır. O, hüquqlarını müdafiə etdiyi şəxsin işinə Ali Məhkəmənin Plenumunda baxılması üçün şirnikləndirmə və ya qorxutma yolu ilə iş üzrə zərərçəkmiş şəxslərin yeni izahatlarını toplayır. Hətta işdə adı keçməyən şəxslərin izahatları mənə qarşı istifadə edilmək məqsədilə alınır. Onun taktikası bundan ibarətdir ki, cinayətkar Azad Məmmədov heç bir ictimai təhlükəli əmələ yol verməyib, guya, onun məhkum edilməsi mənim anamın təşkil etdiyi qurama zərərçəkənlərin onun üzünə durması səbəbindən baş verib. Təəssüf edirəm ki, Adəm Məmmədov bu işində mənim psixi pozuntuları olan bacımdan pul qarşılığında aldığı izahatdan da istifadə etməyə çalışır”.

E.Sadıqov sözügedən cinayət işi ilə heç bir bağlılığı olmadığını vurğulayıb: “Adəm Məmmədovun mənə qarşı apardığı kampaniyaya görə tanış olduğum cinayət işi barədə qeyd etmək istərdim ki, bu işdə 18 (faktiki zərərçəkmiş) şahidin, 3 zərərçəkmiş şəxsin adı keçir. Əvvəldə bildirdiyim kimi, anam Azad Məmmədovun dələduzluğuna məruz qalanlardan yalnız biridir. Anam Adəm Məmmədovun dələduzluğundan 2008-ci ildə şikayətçi olduğu halda digər zərərçəkənlər 2006-cı ildə şikayətçi olublar. Anam digər zərərçəkənləri şikayətçi olduqdan, 2008-ci ildən sonra tanıyıb”.

Vəkil bu məsələlərə görə, Vəkillər Kollegiyasından yardım istəyib: “Bu ən əsası müdafiə etdiyim işlərə görə vəkil Adəm Məmmədovdan istifadə edilən təqib kampaniyasıdır. Artıq bəhs etdiklərimlə bağlı rəsmi qurumlara, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına, məhkəməyə müraciət etmiş, dürüstlüyümü təsdiqləyən sübutları həmin qurumlara təqdim etmişəm. İnanıram ki, müraciət etdiyim qurumlar gərəkli addımları atacaq, o cümlədən Vəkillər Kollegiyası heç bir etik normaya, vəkilliklə bağlı qanunvericiliyin müddəalarına sığmayan davranışlarına görə Adəm Məmmədov barəsində zəruri tədbirlər görəcək”.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər