Xəbər xətti
24-07-2021
23-07-2021
Yazarlar





Rublika
Arxiv
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

QHT şəhidlərin ahıl valideynləri üçün Qubaya istirahət turu təşkil edib - fotolar

Baxılıb: 3980     Tarix: 14-06-2017 10:16   


Sumqayitfakt.Az-ın xəbərinə görə, “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ““İkinci nəfəs” – ahıl və tənha vətəndaşlar üçün alternativ sosial xidmətlərin təşkili” layihəsi çərçivəsində bir qrup ahıl vətəndaş üçün Quba rayonuna istirahət turu təşkil edib.

Bu barədə “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova məlumat verərək bildirib ki, istirahət turunda iştirak edən ahılları səfər öncəsi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qəbul edilib.

Görüşdə QHT-lərin bu istiqamətdə təşəbbüslərinin Şura tərəfindən müsbət qarşılandığını diqqətə çatdıran icraçı direktor bir qrup ahılın birlikdə səfər turuna yola salınmasını xoş hadisə kimi xarakterizə edib. Fərasət Qurbanov bundan sonra da bu mövzuda olan layihələrə dəstək veriləcəyini qeyd edib.

QHT rəhbəri bildirib ki, Qubaya 3 günlük səfər turuna yollanan 11 nəfərin şəhid valideynləri və digər ahıllardan ibarətdir.

Təşkilat rəhbəri “Əlincə” Ailə istirahət Mərkəzində baş tutan səfər turunun çox yadda qalan və maraqlı olduğunu bildirib.

Beləki, Təşkilat Quba rayon İcra Hakimiyyəti ilə birgə ahıllar üçün səfərin ilk günü Quba folklor ansamblının iştirakı ilə əyləncəli tədbir təşkil edilib.

Tədbiri giriş sözü ilə açan təşkilat sədri layihə haqqında iştiakçılara məlumat verərək bildirib ki, rəhbərlik etdiyi təşkilat ahıllar və tənhalar ilə bağlı müxtəlif tədbir həyata keçirir və bu səfər turu da məhz belə tədbirlərdən biridir.

Tədbirdə Quba Ağsaqqallar Şurasının sədri Həsən Həsənli, Şəfəq qəzetinin redaktoru Qəhrəman Qasımov, Quba rayon Veteranlar Şurasının sədri Tahir Muradov, şəhid valideynləri, eyni zamanda səfər turunda iştirak edən yaşlı insanlar dövlət tərəfindən ahıllara, şəhid ailələrin və digər həssas sosial qruplara dövlətin qayğısını yüksək qiymətləndiriblər.

Konsert proqramında Bakıdan gəlmiş ahıl vətəndaşlar ilə yanaşı, Quba rayonunda fəaliyyət göstərən veteran və şəhid ailələri təşkilatları nümayəndələri və rayon ağsaqqalları iştirak edib.

Səfər turunda kateclərdə dincələn və şimal zonasının ləziz yeməklərinə qonaq ahıllar üçün müxtəlif əyləncəli proqramlar təşkil ölünmüş, iştirakçılar öz fərdi bacarıqlarını göstərərək, mahnı oxumuş, rəqs etmiş, şerlər səsləndirmiş və öz həyat hekayələrini paylaşmışlar.

Tur iştirakçılarının əksəriyyəti, xüsusən də şəhid valideynləri olan ahıllar bu kimi istirahət turlarında birinci dəfə olduqlarını bildiriərək, bununla bağlı təşkilata, QHT-lərə Dövlət Dəstəyi Şurasına və dövlətimiz minnətdarlığını bildirmişlər.

Təşkilat rəhbəri Ruhiyə Məmmədova layihənin dəstəklənməsi ilə bağlı QHT-lərə Dövlət Dəstəyi Şurasına, tədbirlərin yüksək səviyyədə keçirilməsinə şərait yaratdıqlaırna və təşkilatı dəstək göstərdiklərinə görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasına və Quba rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirmişdir.





















Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər