Xəbər xətti
23-07-2021
21-07-2021
Yazarlar





Rublika
Arxiv
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Mingəçevirdə “Mənim gəncliyim, mənim gələcəyim” layihəsinin təlimlərinə start verilib -Fotolar

Baxılıb: 2800     Tarix: 16-05-2017 11:05   


“Mənim gəncliyim, mənim gələcəyim” layihəsi çərçivəsində ilk təlimlərə başlanılıb


Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Mənim gəncliyim, mənim gələcəyim” layihəsinin təlimlərinə start verilib. Sumqayitfakt.Az-ın verdiyi xəbərə görə, təlimin ilk günü Mingəçevir şəhər 3 və 10 saylı orta məktəblərdə yuxarı sinif şagirdlərinin iştirakı ilə həyata keçirilib. Təlimlər kollec tələbələrinin və yuxarı sinif şagirdlərinin iştirakı ilə baş tutacaq. Layihənin məqsədi isə gənclər siyasəti sahəsində qəbul edilmiş qanunlardan gənclərin necə yararlanmasını müəyyən etmək, gənclər siyasəti sahəsində qəbul edilmiş qanunlarla bağlı gənclərin bilik səviyyəsini öyrənmək, azərbaycançılığın mühüm elementi kimi tolerantlığın tarixən gənclərin başqa xalqlara münasibətində aparıcı xətt olduğunu dünyaya təbliğ etmək, azərbaycançılıq ideyasının cəmiyyətdə, ələlxüsus gənclər təbliği və maarifləndirmə işinə yardımçı olmaqdı. Eyni zamanda bu yolla region gənclərinin asudə vaxtlarının səmərəliliyini qorumaq, pis vərdişlərdən və radikal meyillərdən çəkindirməkdir. Bundan əlavə olaraq yeni-yeni gənc istedadların üzə çıxarılmasına və onların təşəbbüslərinə dəstək olmaq layihənin diqqət çəkən məqamlarındandır.

Layihənin həyata keçirilməsinin gənclərin həyatında mühüm rolu var. Belə ki, layihədə ictimai-siyasi və sosial proseslərlə bağlı gənclərin maarifləndirilməsi, gənclər arasında şəbəkənin genişləndirilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, təşkilatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, gənclərdə özünü tərbiyə funksiyasının inkişaf etdirilməsi, könüllülüyün, qrup işinin və liderliyin inkişaf etdirilməsi və s. imkanlar yaradılır.









Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər