Xəbər xətti
23-07-2021
21-07-2021
Yazarlar





Rublika
Arxiv
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

İslam sivilizasiyası mediada

Baxılıb: 3835     Tarix: 12-04-2017 21:10   


Bu gün İsmayıllı rayon Peşə Tədris Mərkəzində “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə “İslam sivilizasiyasının mediada təbliği” mövzusunda tədbir keçirilib. Peşə Tədris Mərkəzinin tələbə-müəllim kollektivinin və rayon ictimaiyyətinin iştirak etdiyi tədbirdə Şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan İsmayıllı rayon İcra Hakimiyyəti aparatının rəsmisi Murad Məhərrəmov mövzunun aktuallığından, bu sahədə müasir gənclərin qarşısında duran vəzifədən danışıb.

"Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov Azərbaycan mədəniyyətlərin qovuşduğu məkanda yerləşdiyi üçün həmişə dinlər və sivilizasiyalar arasında aparıcı rol oynadığını diqqətə çatdırıb.

“Jurnalist Araşdırmalar mərkəzinin” sədri Seymur Vəlizadə layihənin məqsədini izah edərək, Milli dini dəyərlərimizin üstünlüyünü əsaslı faktlarla göstərib. Bildirib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd ölkəmizdə hökm sürən sağlam mənəvi mühitin inkişafına töhfə verməkdir.

Daha sonra çıxış edən "Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Səbinə Novruzova xalqımızın dini-mənəvi dəyərlərə, adət-ənənələrə marağının artmasında medianın müstəsna rolu olduğunu bildirib.

İsmayıllı xəbərləri qəzetinin əməkdaşı Elnarə Qasımova, “Qadınlar Cəmiyyətin İnkişafı Naminə” ictimai birliyinin sədri Şirinbəyim Atayeva və başqa çıxış edənlər bir sıra hallarda KİV-də din ilə mövhumatın, imanla xurafatın qarışdırıldığını, məzhəblər və təriqətlərarası münasibətlərə yersiz müdaxilə edildiyini bildiriblər. Dini mövzuda daha çox yazılar verilməsini təklif edilib.

Elnarə Günəş
Azərbaycan Jurnalistlər Birliyinin üzvü/ Sumqayitfakt.Az







Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər