İran avtomobilləri “Moskviç” zavodunda istehsal ediləcək
Baxılıb: 446 Tarix: 13-07-2022 09:47

Moskvanın “Moskviç” avtomobil zavodu İran istehsalı olan avtomobillərin istehsalına başlaya bilər.
Bu barədə Rusiyanın Xaricdəki İranlılar Mərkəzinin rəhbəri Mirzay Qazi Abbas Müslim məlumat verib.
“Bizim “Moskviç”lə ciddi dialoqumuz var. İran avtomobillərinin Rusiyada “Moskviç” brendi ilə istehsalına dair ilkin razılaşma əldə olunub”, - deyə o, bildirib.
Müslimin sözlərinə görə, İran şirkətləri Tatarıstanın avtomobil zavodlarında işləmək imkanlarını da nəzərdən keçirir.
loading...
Ən çox oxunanlar