Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Ən çox oxunanlar
Sorğu

Şahmar Qəriblinin doğum günüdür -Sumqayıt Dövlət Dram Teatrı təbrik edir

Baxılıb: 3459     Tarix: 14-02-2017 15:29   
Şahmar Qəriblinin doğum günüdür

Şahmar Qəribli 1952-ci il fevral ayının 13-də Kürdəmir rayonunda anadan olub.

1971-76-cı illərdə o vaxtkı M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakultəsində böyük sənətkar Ədil İsgəndərovun kursunda təhsil alıb.


Şahmar Qəribli yaradıcı aktyordur. O, obraza mexaniki yanaşmır. Canlandırdığı rolun tarixini, xarakterini, ətrafdakılara münasibətini tam öyrənir, mükəmməl mənimsəyir, dramaturqun ideyasına, rejissorun traktovkasına xələl gətirmədən əlavə rənglər tapır.

Şahmar Qəriblinin səhnə həyatı verdiyi obrazlar koloritli, bitkinliyi və konkret, yadda qalan çaları ilə diqqət cəlb edib, yaddaşlara həkk olunub.

Şahmar müəllim geniş amplualı aktyordur. O dramatik rolları da, komik səpgili obrazları da məharətlə ifa edir. Amma daha çox sarkastik ovqatları ustalıqla çatdıra bilir. Şahmar Qəribli ayrı-ayrı illərdə Azərbaycan Televiziyasının “Səhər görüşləri”, “Yumor axşamı”, “Hekayə axşamı” kimi proqramlarda yadda qalan obrazlar yaradıb. 2001-2003-cü illərdə “Lider” televiziyasında silsilə satirik proqramların quruluşçu rejissoru kimi fəaliyyət göstərib.

Şahmar müəllim teatr səhnələrində verdiyi quruluşlarla və maraqlı hekayələri, səhnəcikləri ilə istedadının başqa bir səmtini göstərib.

Şahmar Qəribli optimist insandır. Aktyor taleyinin çətinliklərini, həyatın sürprizlərini də yumorla, təbəssümlə qarşılayır.

Ən ağır problemi olan aktyor Şahmar müəllimin həmsöhbəti olsa, ondan iki lətifə eşitsə, dərdi yaddan çıxar.

İstedadlı şairimiz Sabir Sarvanın aforizmi əvəz edən bir misrası var:


Dərdi ələ salmasan,

Dərd səni əldən salar.

Bəzən adama elə gəlir ki, Şahmar Qəribli Sabir Sarvanın bu misrasının canlı nümunəsidir.

Sumqayıt Dövlət Dram Teatrı olaraq Şahmar müəllimi 65 illiyi münasibətilə səmimiqəlbdən təbrik edirik.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər