Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu

Yarpızın faydalı və zərərli xüsusiyyətləri -MƏSLƏHƏT

Baxılıb: 29 763     Tarix: 23-07-2016 12:43   
Yarpızın faydalı və zərərli xüsusiyyətləri

Sizə Yarpız otu haqqında məlumat vermək istəyirəm. Bu məgaləmdə yarpızın faydalı və zərərli təsirlərindən qısaca bəhs edəcəm.
Latınca adı "Menta pulegium L. " olan yarpızın tərkibindəki əsas təsirli maddələr uçucu yağlar, Menthol, Azulen, Puleson, Diosmin, Gulukozid, turş saponin şirəsi ve şəkərlərdir. Gövdəsi ve yarpaqları tüklüdür.Yarpaqları qısa olub, oval şəkildədir, çiçəyinin altında yerləşir. Çiçəkləri göyümsov, çəhrayı rəngdədir. Çiçək və yarpaqları gövdəsində ardıcıllıqla sıralanmışdır. Kiçik toxumlarıyla çoxalır. Qüvvətli ətri vardır. Nanə kimi toplanıb qurudulur,bəzi yerlərdə bazarlarda nanə əvəzi satılır Qədim zamanlarda soyuqdəymələrdə və qadınlarda aybaşı pozğunluqlarının müalicəsində istifade olunurdu.
Həzm sistemində çox faydalıdır, iştah açıcıdır. Həzmı asanlaşdırır, qazqovucudur. Yarpızda olan uçucu efir yağları sinirlərə ve qan – damar sisteminə pozitiv ve qıcıqlandırıcı təsir edərək, iltihabəleyhinə təsir göstərir. Eyni zamanda artrit xəstəliyində dərman olaraq idealdır. Öd kisəsi ve qaraciyər xəstəliklərində və mədə- bağırsaq xərçəngi xəstəliklərində istifadə olunur.
Yarpızın faydalı tərəfləri ilə yanaşı zərərli xüsusiyyətləri də var. Belə ki, yarpızdan əldə edilən uçucu yağları çox kəskin olub, insan və heyvanlar üçün zəhərlidir.
Uşaqdüşürücü olduğundan hamilə qadınlar ondan uzag durmalıdır. Tərkibindəki efir yağları ağciyər, tənəffüs yolları və qaraciyərə zərər verdiyi üçün aromaterapiyada istifadəsi məsləhət deyil. Yarpız çayı beş günden artıq istifadə olunmamalıdır. Gündə ən cox 3 stəkan içilməlidir. Yarpızın efir yağı çok zəhərli olduğundan udulmamalıdır. Toksiki təsiri olduğu üçün 18 yaşdan kiçik uşaqların ve süd verən anaların yarpız çayı içməməmələri tövsüyə edilir.


İslam TURAN,
orman mühəndisi


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər