Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

“Göyçə Zəngəzur Respublikası” adlı qurumun təxribatçı əməli

Baxılıb: 3109     Tarix: 21-09-2022 20:12   


Elxan Hüseynov
Sumqayıt Dövlət Universitetinin rektoru, professor



Son günlərdə mətbuat və sosial şəbəkələrdə Göyçə-Zəngəzur Respublikasının yaradılması barədə xəbərlər yayılır. Tarixi mənbələrdən də bəlli olduğu kimi Göyçə, Zəngəzur və hətta İrəvan Azərbaycanın tarixi torpaqlarıdır.
Cənab Prezident İlham Əliyev də ən mötəbər kürsülərdən dəfələrlə bütün dünyaya bəyan edərək qeyd etmişdir ki, “Hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi”. Ancaq bütün bunlara baxmayaraq indiki son dərəcə həssas dönəmdə Göyçə-Zəngəzur Respublikasını elan etmək düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil, tamamilə yanlış, məqsəd və məramı bilinməyən, hətta bir qədər şübhə doğuran və Azərbaycanın dövləti maraqlarına zidd olan düşünülməmiş addımdır.Xüsusilə də son zamanlar Ukraynada gedən müharibə və dünya dövlətlərinin bu müharibəyə münasibəti, Azərbaycan-Ermənistan sərhəddində ermənilərin törətdiyi təxribatlar və onların bununla bağlı Azərbaycan əleyhinə apardığı yalan, əsası olmayan kompaniya və ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana bədnam səfəri zamanı Türkiyəyə qarşı heç zaman baş verməmiş saxta “soyqırımı” abidəsi önündə saxta göz yaşları axıtması ilə eyni zamanda bu məsələnin yenidən gündəmə gətirilməsi zərərli fəaliyyətdir, Azərbaycanın dövləti və milli maraqlarına tamamilə ziddir və eyni zamanda ermənilərin Azərbaycana qarşı törətdiyi bütün təxribat, şər və böhtanlarına baxmayaraq beynəlxalq aləmdə dövlətimizin sülh tərəfdarı kimi qazandığı imicinə bilərəkdən və ya bilmədən vurulmuş bir zərbədir. Hesab edirik ki, bu addımın arxasında məkirli bir niyyət, dövlət və dövlətçiliyimizin əleyhinə olan hansısa qüvvələrlə iş birliyi və yaxud bu addımın mahiyyətini anlamayan, başa düşməyən şəxslər dayanır. Bu addımı mahiyyət etibarı ilə xüsusilə də indiki zamanda Azərbaycan Respublikasının iradəsinə uyğun olmayan və dövlətimizin bölgədə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun apardığı daxili və xarici siyasətə zərər vuran məsuliyyətsiz hərəkət hesab etmək olar. Hətta haqlı olaraq Qərbi Azərbaycan İcması "Göyçə-Zəngəzur Respublikası" adlı qurum adından müxtəlif paylaşımlar edilməsi ilə bağlı bəyanatla çıxış edib və həmin bəyanatda qeyd edilir: "Son zamanlar "Göyçə-Zəngəzur Respublikası" adlı qurum adından müxtəlif məsuliyyətsiz paylaşımlar edilir. Bununla bağlı Qərbi Azərbaycan İcmasına çoxsaylı müraciətlərin daxil olduğunu nəzərə alaraq bildiririk ki, Qərbi Azərbaycan İcması "Göyçə-Zəngəzur Respublikası" adlı bir qurumu tanımır, onunla heç bir əlaqəsi yoxdur və tarixi torpaqlarımızla bağlı belə özfəaliyyət hərəkətlərini yolverilməz və zərərli hesab edir. Bütün media nümayəndələrindən xahiş edirik ki, Qərbi Azərbaycanla bağlı hər hansı bir informasiyanın dəqiqliyinə əmin olmaq üçün Qərbi Azərbaycan İcmasına müraciət etsinlər".
“Rizvan Talıbov adlı şəxsin “Göyçə-Zəngəzur Respublikası” ideyası avantüradır və Azərbaycanın əsl məqsəd və hədəfləri ilə bağlı yanlış rəy formalaşdırmaq məqsədi güdür”. Hesab edirik ki, əslində məramı və məqsədi bilinməyən bu qurumun fəaliyyəti tarixin ən çətin məqamında bizəarxa duran, yanımızda olan, problemlərimizin həllində bizə təmənnasız yardımçı olan Türkiyənin adına, Azərbaycanın dövlət maraqlarına, Azərbaycan -Türkiyə münasibətlərinə də xələl gətirir.


Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər