Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Ukrayna Krımı və digər əraziləri nə vaxt geri ala bilər? - ABŞ generalı

Baxılıb: 470     Tarix: 21-09-2022 09:38   

Rusiyada gizli səfərbərlik və könüllülərin cəlb edilməsi niyə istənilən kimi getmir, Ukrayna Krımı və fevralın 24-dən sonra işğal edilmiş bütün əraziləri nə vaxt geri ala bilər – bütün bunlar ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı, Vaşinqtonda yerləşən Avropa siyasətini təhlili mərkəzinin eksperti, istefada olan general Ben Hodces RBC-Ukrayna ilə blits müsahibəsində yer alıb

- Hazırda Rusiyada hərbçilərin orduya cəlb edilməsi ilə bağlı hər hansı problem görürsünüzmü? Əgər görürsünüzsə, bunların səbəbi nədir?
- Rusiyada açıq şəkildə kadr çatışmazlığı var. Bir sıra amillər var: əhalinin azalması, faktiki olaraq "xüsusi hərbi əməliyyata” qoşulmaq həvəsinin olmaması, Ukraynadakı döyüş meydanlarından bəd xəbərlərin axını, institusional korrupsiya, dəhşətli şəraitin nəticələri, sərt "dedovşina” və orduda zəif rəhbərlik. 

- Bu "gizli səfərbərlik” və müəyyən insanların orduya cəlb edilməsi rusların müharibəni davam etdirməsi üçün kifayət edirmi?
- Onlar davam edə bilər, çünki onların nə qədər əsgərinin öldürüldüyü və ya yaralandığının fərqinə varmırlar... Ona görə də onlar çoxlu insanı çağırıb onları minimal təlim və yayarsız texnika ilə döyüşə göndərmək qərarına gələ bilərlər. Amma bu, yaxın bir il ərzində Krem üçün müsbət təsir göstərməyəcək.

- Necə düşünürsünüz, işğal olunmuş ərazilərdə Rusiyanın tərkibinə daxil olmaq üçün təcili "referendum”lara təşəbbüs göstərməkdə məqsəd nədir?
– Düşünürəm ki, dünyanın əksəriyyəti bu cür qanunsuz "referendum”a məhəl qoymayacaq. Ona heç bir güvən verməmək vacibdir.

- Əgər ümumi səfərbərlik elan edilsə, Rusiya Federasiyasının əsgərləri hazırlayıb Ukraynaya göndərməsi nə qədər vaxt aparacaq?
- Fərz etsək ki, Kreml həqiqətən də ümumi səfərbərlik elan edir, mən çox insanın cəlb edə biləcəyinə şübhə edirəm. Ancaq uğur qazansalar belə, bu yeni əsgərlərin təchiz edilməsi, təlim keçməsi və döyüşə hazır olması bir neçə həftə, hətta aylar çəkəcək. Yəqin ki, onları mövcud bölmələri doldurmaq üçün göndərəcəklər. Nə edəcəyini və necə sağ qalacağını tez öyrənməsələr, adətən məhz onlar ilk olaraq ölürlər və ya yaralanırlar.

Lakin onlar tamamilə yeni bölmələr şəklində təşkil edilərsə, bu bölmələrin tam döyüşə hazır olması üçün vaxt lazımdır. Buna görə də onların döyüş meydanında görünməsinin bir neçə ay keçəcəyini gözləyirəm. Və bunun uzun aylar davam edən döyüşlərə əhəmiyyətli dərəcədə təsir edəcəyinə şübhə edirəm.

- Xarkov vilayətində əks-hücum əməliyyatı başlayandan sonra Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətinin inzibati sərhədlərinə çatmağa və oradakı bir neçə yaşayış məntəqəsini azad etməyə nail olub. Ukrayna Silahlı Qüvvələrinin gələcək perspektivlərini, xüsusən də Luqansk vilayətinin azad edilməsini necə qiymətləndirirsiniz? Qışın sonuna qədər bunu etmək olarmı?
- Mən gözləyirəm ki, Ukrayna qüvvələri ilin sonuna qədər fevralın 23-də olan xəttə qədər rusları geri atacaqlar və ruslara daha da təzyiq göstərmək, onların qüvvələrini yenidən qruplaşdırmasını və bərpa edilməsinin qarşısı almaq üçün bütün qış döyüşləri davam etdirəcəklər. Mən Ukrayna qüvvələrinin gələn ilin ortalarına qədər Krımı azad edəcəyini gözləyirəm.

- Xerson vilayətində rus qoşunlarının mövqeyini necə qiymətləndirərdiniz? Onların oradan geri çəkilməyə hazır olduqlarına inanmağa əsas varmı?
– Düşünürəm ki, Rusiya rəhbərliyi onları necə çıxarmağın yollarını axtarır ki, bu, panikaya çevrilməsin və ya onlar hərəkət etməyə, çayı keçməyə cəhd edərkən artilleriya və raket atəşi nəticəsində məhv edilməsinlər.

- Necə düşünürsünüz, Ukrayna bu regionun ən azı Dnepr çayının sağ sahilində yerləşən o hissəsini azad edə bilərmi?
- Əlbəttə. Mənim fikrimcə, bu, yaxın həftələrdə həyata keçiriləcək. Mən Ukrayna Baş Qərargahının planını bilmirəm və bilməməliyəm də. Ukrayna Baş Qərargahı əməliyyat təhlükəsizliyinin təmin edilməsində ustalıqla iş görüb. Onların Xerson bölgəsində rus qoşunlarını tükəndirmək və taqətdən salmaq üçün israrlı, metodik yanaşması məni heyran etdi. Oradakı rusları təcrid edib ya məhv etmək, ya da əsir götürmək mümkün olarsa, heç böyük döyüşə girməyə ehtiyac olmayacaq.qaynarinfo.az

Sumqayitfakt.Az



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər