Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Qızılcayabənzər məxmərək

Baxılıb: 456     Tarix: 20-09-2022 09:21   

Qızılcayabənzər məxmərək - kəskin virus infeksiyası olub, kiçik ləkəli səpgi, limfedenopatiya, qızdırma və hamilə qadınlarda dölün zədələnməsi ilə özünü göstərir. Qızılcayabənzər məxmərək virusunun orqanizmdə çoxalması hemolizin və neytrallaşdırma faktorunun sintezini aktivləşdirir, virusun çoxalması hüceyrəni zədələyir, xüsusən embrion mənşəli hüceyrələrdə xroniki infeksiya törədir.
Xəstəliyin mənbəyi xəstə şəxslərdir. İnkubasiya dövrü səpginin 2-ci həftəsinə qədərdir. Daha uzun müddət ərzində də xəstə yoluxucu olur. Xəstəliyin subkliniki formasına yoluxmuş şəxslər və anadangəlmə məxmərəyi olan uşaqlar daha çox təhlükəlidir. Ana bətnində uşaqların yoluxmasına görə xəstəlik hamilə qadınlar, yaşlılar üçün çox təhlükəkidir.
Təbii şəraitdə virus orqanızmə tənəffüs yollarından keçir. Virus orqanizmə daxil olduqdan sonra virusemiya baş verir və hemotogen olaraq bütün daxili orqanlara, dəriyə və limfa düyünlərinə yayılan virus onları dəyişikliyə uğradır. Hamilə qadınlarda isə virus embrionu zədələyir, onun inkişafını pozur. Əgər xəsətəlik dölü tələf etməsə, doğulan uşaq anadangəlmə eybəcərliklərlə doğulur. Ana bətnində uşaq olan zaman qızılcayabənzər məxmərək xəstəliyi keçirirsə ölü uşaqdoğma da baş verə bilir. Əgər uşaq tələf olmayıb sağ qalsa o zaman virus mitoz prosesi pozur, xromosom dəyişiklik əmələ gətirir və beləliklə uşağın əqlı və fiziki inkişafı ləngiyir.
KLİNİKASI: İnkubasiya dövrü 11-24 gün çəkir. Əksər hallarda xəstənin əhvalı az pozulduğundan qızılcayabənzər məxmərəyin ilk əlamətləri ekzantema olur. Xəstədə qızdırma, üşütmə zəif zökəm və öskürək əlamətləri qeyd olunur.
Xəstənin limfa düyünləri böyüyür, iri noxud boyda  və bərk və ağrılı olur.
Ekzantema xəstəliyin 1-3 günləri əmələ gəlir,ə vvəlcə üzdə, boyunda görünür və bir neçə saat ərzində bütün bədənə yayılır. Ən çox ətrafların sarğı sahəsində kürəklərdə yerləşir, bəzən dəridən hündürə qalxır, bir-birinə birləşmir. Səpgilər mərci boyda olur. Xəstəlik yaşlılarda daha ağır keçir.
DİAQNOZU: Xəstəliyin diaqnozu qan analizlərinin nəticələrinə əsaslanaraq təsdiq olunur.
MÜALİCƏSİ: Müalicəsi simptomatik aparılır, xəstələrə allergiya əleyhinə dərmanlar, hormonlar təyin edilir.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər