Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Həkim olmaq arzusu ilə yaşayan Fidan xanım - (Portret cizgiləri)

Baxılıb: 2105     Tarix: 19-09-2022 11:27   
Fidan Quluzadə: “Təhsilə, bədii əsərlərə maraq həyatın yenidən və
mükəmməl canlanması deməkdir”.


Bu ilin iyun ayının 9-da Beynəlxalq “Dostlar günü”ndə Sumqayıt Dostlar Klubunun, Sumqayıt Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin, YAP Sumqayıt təşkilatının və Sumqayıtdakı Heydər Əliyev Mərkəzinin “Fəal oxucu” layihəsi çərçivəsində keçirdiyi müsabiqədə yüzlərlə sumqayıtlı arasında on beş nəfər oxucu fərqləndi. Onların arasında Fidan Quluzadə də mükafata layiq görüldü. Tale elə gətirdi ki, Fidan xanımın on beş yaşının tamam olduğu gün onunla görüşdük və o, bizim sualları cavablandırdı. Əziz oxucular, həmin müsahibəni sizə təqdim edirəm. İlk öncə Fidan xanım haqqında qısa məlumat vermək istəyirəm.

Qısa arayış: Fidan Rəfael qızı Quluzadə 2007-ci ilin sentyabr ayının 4-də Sumqayıtda anadan olub. O, yeddi yaşında bu şəhərin İstedad liseyinə birinci sinfə gedib. Hazırda həmin məktəbin onuncu sinfində oxuyur. Bu illərdə Vəfa və Həmidə müəllimlər sinif rəhbərləri olub. Onlar Fidanın yaxşı oxuması üçün çox səylər göstəriblər. Eləcə də digər müəllimləri çalışıblar ki, Fidan dərslərini yaxşı oxusun. Bu ildən Fidanın sinif rəhbəri Əfsanə müəllimədir. Məktəbin direktoru, Əməkdar müəllim Adilə Süleymanovanın da dərs əlaçısı Fidana münasibəti həmişə yaxşı olub. O, təhsillə bağlı müəllimlərlə həmişə ortaq nəticəyə və məxrəcə gəldiyinə görə onlar Fidana böyük ümid bəsləyiblər.

-Fidan xanım, bu gün şagirdlərin çoxu təhsilə biganə yanaşırlar. Amma onlar bilmirlər ki, elm, təhsil həyatın güzgüsüdür, gələcəkdə işıq verən bir mayakdır. Bu baxımdan sən öz həmyaşıdlarına təhsillə bağlı nə deyə bilərsən?

-Ümumiyyətlə, demək istəyirəm ki, təhsil almaq, kitab oxumaq insanı həyatla daha yaxından tanış edir. İnsan müsbət, mənfi cəhətləri yaxşı görürür. Loru dillə desək, insan anadan olanda gözündə bir pərdə ilə doğulur. Və təhsil almaq, kitab oxumaq insanın gözündən həmin pərdəni götürür və o, həyata daha aydın fikirlərlə, düşüncə və məntiqlə baxa bilir. Məncə təhsil alan həyatda heç vaxt uduzmur. Həmişə qalib
gəlir. Çünki elm, təhsil müqəddəs işıqdır.

-Əksər yeniyetmələrin, cavanların mütaliəyə həvəsləri yoxdur. Çox az bədii əsər oxuyurlar. Vaxtlarını telefonda mənasız oyunlar oynamaqla keçirirlər.

-Ayılanda isə çox gec olur. Sənin fikrincə, mütaliə insana nə qazandırır?

-Mütaliə eləyənlər həyatda heç nə itirmir və əksinə çox şey qazanır. Mütaliə eləməyənlər isə mənəvi cəhətdən dünya görüşsüz olurlar . Ona görə də çox istərdim ki, yaşıdlarım mütaliəyə çox fikir versinlər. Çünki kitablar həyatda insanlara ən böyük və etibarlı müəllimdir.

- Müəllimlərinin sənə, sinif yoldaşlarına münasibəti necədir?

-Müəllimlərin təhsilə marağı olan uşaqlarla münasibəti yaxşı olur. Hər bir müəllim istəyir ki, onun yetişdirdiyi meyvə dadlı və insanlara gərəkli olsun. Ona görə də onlar çalışırlar ki, biz dərslərimizi yaxşı oxuyaq. Müəllim də valideyndir. O, istəyir ki, yetirməsi həyatda böyük uğurlar əldə etsin. Müəllim qaranlığı yaran işıq deməkdir. Mənə elə gəlir ki, pis müəllim yox, pis şagird var.

-Sizin İstedad liseyi Sumqayıtda ən aparıcı təhsil ocaqlarından biridir. Direktorunuz Adilə müəllimə və digər müəllimləriniz haqqında nə deyə
bilərsən?


-Bəli, liseyimiz Sumqayıtın öndə olan təhsil ocaqlarından biridir. Şagirdlər həm Sumqayıtda və həm də respublikada keçirilən fənn müsabiqələrində, olimpiadalarda əsas yerləri tuturlar. Müəllimlər isə mükəmməl, dərin biliyə malik, dəyərli pedaqoqlardır. Direktorumuz Adilə Süleymanova əlindən gələni edir ki, bizim lisey tədrisə, təlim-tərbiyəyə görə yaxşı mənada həmişə fərqlənsin. Bu baxımdan məktəbimizdə oxumaq istəyən şagirdlər həddindən artıq çoxdur.


-Fidan xanım, çox zaman uşaqlarla valideynlər, babalar, nənələr arasında bir uçurum yaranır. Uşaqlar əksər vaxt onları eşitmək istəmirlər. Sənin baban Mayılxan Tağıyev qırx il bundan qabaq Sumqayıtda Ruhi Əsəb Dispanserini yaradan, çox məşhur təbibdir, Əməkdar həkimdir. Tibb üzrə alimdir. Təkcə Sumqayıtda yox, respublikada bir peşəkar həkim kimi onunla hesablaşırlar. Eləcə də nənən Natəvan həkim respublikada ən çox tanınan nevropataloqdur. Belə məşhur insanların nəvəsi kimi necə hiss yaşayırsan?

-Mən deyərdim ki, həyat təcrübəsi, dünya görüşü geniş olan doğmaların olması hədsiz xoşbəxtlikdir. Sevimli, dəyərli baba və nənənin varlığı Allahın böyük lütfüdür. Təəssüf ki, bunu başa düşməyənlər də var. Uşaqlara, yeniyetmələrə, gənclərə doğru yolu dost kimi böyükləri göstərir. Mən də babamla, atamla yaxın dostam. Onlar mənə düzgün məsləhət verirlər. Bu isə mənim hərtərəfli inkişafıma, həyatı daha dərindən başa düşməyimə, dərk eləməyinə çox kömək edir. Bilmirəm nənəmin, babamın mənə xoş münasibətinin, diqqət və qayğısının əvəzini verə bilərəmmi?! Evin böyüyü, ağsaqqalı, ağbirçəyi gur yanan bir şamdır. O işıqdan hamıya düşməsini istərdim. Və çox istərdim ki, bütün həmyaşıdlarım özlərindən böyüklərdən çox şey öyrənsinlər.

-Fidan xanım, sən çox kitab oxuyursan. Təsadüfi deyil ki, Sumqayıtda yüzlərlə mütaliə eləyən insan arasında on beş nəfər mükafata layiq görüldü və sən də onların arasında oldun. Bu, böyük hadisə idi. Oxuduğun yazıçılardan hansının əsərləri sənin daha çox xoşuna gəlir?

- Bütün yazıçıların əsərlərini sevə-sevə oxuyuram. Cek Londonun yaradıcılığını isə hədsiz xoşlayıram. Onun “Həyat eşqi” əsəri isə ən çox sevdiyim əsərdir. Çünki bu əsəri oxuyandan sonra insan həyat eşqiylə çırpınır, yaşamağın nə qədər önəmli oldğunu dərk edir, mübarizələr aparır və nəticə çıxarır.

-Azərbaycan yazıçılarından kimlərin əsərlərinə tez-tez müraciət edirsən?

-Azərbaycan yazıçılarının da əksəriyyətinin əsərlərini oxuyuram. Amma Nizami Gəncəvi ən çox sevdiyim şairdir. Onun beş poemasının hamısını oxumuşam. Hətta bu poemalarla bağlı babam Mayılxan həkimlə çox fikir mübadiləmiz olub. Onları təhlil eləmişik. Nizami Gəncəvinin bu poemalarında olan ibrətamiz kəlamları hər bir insan əzbər bilməli, gündəliyinə yazmalı və lazım olanda onlardan istifadə etməlidir. Söz yox ki, Nizami Gəncəvi dünya klassikləri arasında ən öndə olan şairdir. Təəssüf ki, onun əsərləri xarici dillərin çoxuna tərcümə olunmayıb və əksər dünya xalqlarına çatdırılmayıb.

-Həmyaşıdlarına nə təklif edərdin?

- Mütaliəyə həvəs göstərmələrini istərdim. Oxumağın həyatda insana heç vaxt ziyanı ola bilməz. Təhsilə, bədii əsərlərə maraq həyatın rəngarəng olması deməkdir. Çünki savadsız adamın yaxşı yaşaması və özünə lazımi iş qurması çox çətin olur. Mən belə düşünürəm.

-Gələcəkdə hansı sahədə təhsil almaq arzusundasan?

-Arzum babam, nənəm və anamın yolu ilə getməkdir. Həkim-cərrah olmaq istəyirəm. Təhsilimi Azərbaycan Dövlət Tibb Universitetində davam etdirməyi düşünürəm, amma təcrübə keçmək üçün xarici ölkələrə də getmək niyyətim var. Sonda fikrimi dahi Nizami Gəncəvinin bu kəlamı ilə bitirmək istəyirəm:

-Dünyanın işini yaxşı düşün sən,
Nə əksən, onu da sən biçəcəksən.
Yaxşı iş də görsən, pis iş də, inan,
Unutmaz onları bu qoca dövran.



Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi


Sumqayitfakt.Az





Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər