Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Doqquzuncuların ingilis dili və riyaziyyatdan zəif nəticələr göstərməsi nə ilə əlaqədardır? - ARAŞDIRMA

Baxılıb: 557     Tarix: 19-09-2022 10:03   

Bakıda IX sinif şagirdləri buraxılış imtahanlarında riyaziyyat və ingilis dili fənlərindən zəif nəticə göstəriblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil işçilərinin sentyabr konfransında aşağı göstəricinin, əsasən, 4 rayonu - Sabunçu, Qaradağ, Xəzər və Pirallahı rayonlarını əhatə etdiyini bildirib.

Bəs, görəsən, uşaqların riyaziyyat və ingilis dilindən zəif nəticələr göstərməsi nə ilə əlaqədardır?
Sumqayitfakt.Az xəbər verir ki, “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Bir qisim insanlar DİM-in IX sinif üzrə təqdim etdiyi imtahan modelində anlaşılmazlıqlar olduğunu qeyd edir. Belə ki, tərtib edilən sualların ildən-ilə ağırlaşdığını, dərsliklərin yararlı olmamasını, qüsurların mövcudluğunu, şagirdlərin hazırlıqsızlığını, repetitorluğun kütləviləşməsini, o cümlədən pandemiya vaxtı onlayn təhsilin fəsadlarını qeyd edirlər.
İmtahan keçirildiyi ərəfədə valideyn və müəllimlərin DİM-in modelinə əsasən IX siniflərin buraxılış imtahanının suallarının XI siniflərə nisbətdə daha çətin olmasını sosial şəbəkələrdə narazılıqla müzakirə etmələri də uzaq tarix deyil. 
Mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) ünvanladığımız suala verilən cavab konkret oldu:
“2022/2023-cü tədris ili üçün həm tələbə qəbulu, həm də ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin geniş elmi-statistik təhlili tam başa çatdıqdan sonra, həmişə olduğu kimi, bu il də “Abituriyent” jurnalının 12 nömrəli buraxılışında ictimaiyyətə təqdim olunacaq”. Xatırladaq ki, DİM-in 2021-ci il buraxılış imtahanları ilə bağlı mövqeyi qurumun rəsmi saytında “2021-ci ildə buraxılış imtahanlarında hər bir imtahan zonası üzrə tərtib edilmiş testlər çox yüksək etibarlılıq xassəsinə malikdir. DİM buraxılış imtahanlarında şagirdlərə təqdim olunan testlərin məzmununu elə layihələşdirmişdi ki, aşağı və orta qabiliyyətlərin ölçülməsində maksimal dəqiqlik təmin edilsin”- deyə qeyd edilib.
IX siniflərdə dərs deyən müəllimlər səslənən iradlarla, əsasən, razıdırlar. Bir neçə ildir ki, ölkəmizdə buraxılış imtahanlarının yeni qaydalara əsasən keçirildiyini deyən Cəbrayıl rayon Tatar kənd tam orta məktəbin riyaziyyat müəllimi Murad Rəsulzadə qeyd edib ki,  buraxılış imtahanlarında ana dili və ingilis dili fənni üzrə müsbət irəliləyişlər olsa da, riyaziyyat fənnində geriləmə müşahidə olunur:
“Bunun da bir çox səbəbləri var. İlk növbədə şagirdlərin tədris proqramları çox ağırdır. Nümunə olaraq, 9-cu sinifdə təhsil alan şagird 17 müxtəlif fənn keçir. Hər şagirdin bu fənlərdən, xüsusilə də riyaziyyat kimi ağır fəndən yüksək nəticələr göstərməsi, təbii ki, mümkün deyil. Fikrimcə, fənn materiallarının yüngülləşdirilməsi, ümumi tədris saatlarının azaldılması şagirdlərin xeyrinə ola bilər”.
M.Rəsulzadə şagirdlərin riyazi bacarıqlarının zəif olmasının digər bir səbəbini müəllimlərin şagirdlərə yanaşma tərzi ilə əlaqələndirir:
“Bəzən müəllimlər şagirdin ona veriləcək informasiyanı dərk etməyəcəyi düşüncəsi ilə onu diqqətdən kənarda qoyurlar, dərsdə aktiv şəkildə iştirakını təmin etmirlər. Nəticədə, şagirdin fənnə qarşı olan-qalan marağı da ölür”.
M.Rəsulzadə hesab edir ki, müəllimlər nəticəsi orta və zəif olan şagirdləri xüsusi diqqətdə saxlamalı, onları motivasiya etməli, təlim-tədris prosesini elə qurmalıdırlar ki, şagirdlər minimum nəticəni əldə edə bilsinlər:
“Tədris prosesində qiymətləndirmə alətlərinin müəllimlər tərəfindən düzgün seçilməməsi də şagirdlərin nəticəsinə təsir edən amillərdəndir.  Bir çox hallarda müəllimlər məktəbdaxili qiymətləndirmədə, əsasən, qapalı tipli suallardan istifadə edirlər. Bu halda şagirdlər daha çox qapalı tipli tapşırıqlara öyrəşir, açıq tipli sualları həll etməkdə çətinlik çəkirlər. Həmçinin bu halda ən zəif şagird belə variant seçməklə yüksək qiymət ala bilər. Buna görə də hesab edirəm ki, məktəbdaxili qiymətləndirmələr, monitorinqlər aparılarkən şagirdlərə qapalı suallarla yanaşı, həlli tələb olunan açıq tipli suallar da təklif edilməlidir”.
İngilis dili müəllimi Aynur Axundova oxşar problemlərin regionlarda da olduğunu qeyd edib:
“Regionlarda maddi-texniki bazanın zəifliyindən çox, dərsliklərlə bağlı problemlər daha çoxdur. İbtidai siniflərə həftədə bir saat ingilis dili dərsi keçirilir. Həmin dərsliklər bir-biri ilə əlaqəli deyil. Həftədə bir dəfə müəllimi görən uşağın qavramasında soyuqluq yaranır və qavrayışı zəifləyir”.
A.Axundovanın sözlərinə görə, tədrisin ingilis dilində aparılmaması da maneələr yaradır:
“9-cu sinif dərsliyi ilə 5-ci sinif dərsliyi arasında heç bir əlaqə yoxdur. 9-cu sinif dərsliyi 10-11-ci sinif səviyyəsindədir. Hazırda dərslərin dinləməsi (Listening) ilə bağlı problemlər var. Hər otaqda audio cihazlar yoxdur. I və II siniflər üçün İngiltərədə tədris edilən “Happy Campers” kitabı verilib. “Bizə aidiyyəti yoxdur”- deyə bir çox müəllimlər o dərslikdən imtina edir. Bu tədris ilində həmin dərslikləri 3-cü sinfə də göndərəcəklər. Bu yenilik müsbət deyil”.
A.Axundova qeyd edib ki, ingilis dili dərsliklərində qrammatika bərbaddır:
“İngilis dilinin qrammatikasını, lüğət bazasını uşaq məktəbdə öyrənmirsə, məcbur olub repetitor yanına gedir, əlavə kitablardan dərs keçir. Şagird dərsdə başqa dərslikdən, hazırlıqda başqa dərslikdən öyrənir. Nəticədə, imtahandan zəif göstərici yaranır”.
A.Axundova hesab edir ki, şagirdlərimiz üçün ingilis dili dərsliyi onların məntiqinə uyğun olaraq və səviyyələrin (level) ardıcıllığı gözlənilməklə öz mütəxəssislərimiz tərəfindən tərtib edilməlidir.
Təhsil eksperti Qoşqar Məhərrəmov şagirdlərin hazırlıqsızlığı ehtimalını irəli sürüb:
“Pandemiyanın təsirləri hələ də davam edir. Hazırda buraxılış imtahanına daxil olan şagirdlər iki il pandemiya dövründə təhsil alıblar. Onların akademik bilik qalasında boşluqlar var. Ona görə də bu qalanın tam olması üçün dəstəyin göstərilməsi vacibdir. Ötən il əyani tədris təmin olundu. Amma bu, tezliklə aradan qaldırılacaq bir boşluq deyil”.
Əgər IX siniflərlə bağlı problem bu il yalnız Bakı şəhərindəki 4 rayonu əhatə edirsə, gələcəkdə daha geniş arealı əhatə etmək ehtimalı da az deyil. Regionlardakı vəziyyəti də siyahıya əlavə etsək, yaranacaq mənzərəni indidən təsəvvürə gətirmək olar. 





Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər