Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Deputat: “Ermənistan rəhbərliyi əldə olunmuş razılaşmaları yerinə yetirməkdən imtina etmək üçün təxribata əl atdı”

Baxılıb: 483     Tarix: 17-09-2022 12:22   
                          
 Aqil Məmmədov
  Milli Məclisin deputatı


“44 günlük Vətən müharibəsindən keçən iki il müddətində Azərbaycan və Ermənistan rəhbərləri arasında dəfələrlə görüşlər keçirilib. Hər dəfə də görüş zamanı müəyyən razılıqlar əldə olunur, amma, Ermənistan bu razılaşmaları, həmçinin, üçtərəfli bəyanatın müddəlarıı icra etmir. Davamlı təxribatlar törədir. Sentyabrın 12-dən 13-nə keçən gecə baş verən təxribat da təsadüfi deyildi. Və bu, əvvəlkilərdən daha ciddi hazırlanmış bir təxribat idi. Bu dəfə Ermənistan hansısa mövqe üstünlükləri əldə etmək üzərində hazırlığını qurmuşdu. Ona görə də, bir istiqamətdən deyil, demək olar ki, sərhəd boyu hücum təşkil etmişdi”.
Bu fikirlərin müəllifi, Milli Məclisin deputatı Aqil Məmmədov bildirib ki, Ermənistan müstəqil siyasət yürüdə bilmir, maraqlı dövlətlərin maşasına çevrilib və onların diqtəsi ilə hərəkət edir: “Eyni zamanda,  Ermənistan ikibaşlı oyun oynayır. Həm, Rusiya ilə müttəfiqlik elmək istəyir, həm Avropa dövlətləri ilə. Lakin bu iki başlı oyun Ermənistanın havadarlarını qıcıqlandırır”.
Millət vəkilinin sözlərinə görə Azərbaycan növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı: “İki il əvvəl olduğu kimi Ermənistan rəhbərliyi beynəlxalq vasitəçilərin iştirakı ilə aparılmış danışıqlarda və ikitərəfli müzakirələrdə üzərinə götürdüyü öhdəlikləri, əldə olunmuş razılaşmaları yerinə yetirməkdən imtina etmək üçün hərbi təxribata əl atdı. Bütün bunlar göstərir ki, Ermənistan uzun müddətdir revanşa hazırlaşır və bunun üçün həm siyasi, həm hərbi, həm də informasiya zəmini yaradır. Laçının təhvil verilməsi Ermənistan hakimiyyəti üçün növbəti ağır zərbə oldu və daxili təzyiqləri neytrallaşdırmaq, ictimai rəyi dəyişmək üçün növbəti hərbi-siyasi avantüraya əl atdı. Ermənistan rəhbərliyi Azərbaycanın sülh gündəliyinə müharibə gündəliyi cavab verməyi qərara almışdı. Paşinyan Vladivostokda təxminən bunun işarətlərini vermişdi. Ermənistanın dırnaqarası sülh formulunun məzmunu məhz 12 sentyabr hadisələri zamanı açıldı, Ermənistan yenə müharibəni seçdi”.
A.Məmmədov bildirib ki, Azərbaycanın bu təxribata qətiyyətli cavabı Ermənistanı yenidən sülh gündəliyinə qayıtmağa məcbur etməlidir: “Azərbaycan sərhəd boyu bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü. Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edildi. Ermənistanla son bir ildə aparılan danışıqların təcrübəsi göstərir ki, İrəvanı sülh gündəliyinə sadiq qalmağa məcbur etmək üçün məhz hərbi güc tətbiq olunmalıdır. Ermənistanın son təxribatı nəticəsində həlak olmuş əsgər və zabitlərimiz öz canlarını doğma torpağımızın müdafiəsi, düşmənin yeni təcavüz planlarına imkan verməmək üçün qurban verdilər. Azərbaycan əsgəri bir daha göstərdi ki, Vətəninə qarşı istənilən addımın, təxribatın qarşısını almaq qüdrətindədir. Ermənistanın təxribatı nəticəsində həlak olmuş əsgər və zabitlərimiz öz canlarını doğma torpağımızın müdafiəsi, düşmənin yeni təcavüz planlarına imkan verməmək üçün qurban verdilər".
A.Məmmədov qeyd edib ki, son günlər yaşanmış hərbi insident təxribatların təkrarlanması yeni müharibə ehtimalını artırır. Bu baxımdan, güc amili öz aktuallığını qoruyub saxlayır: “Bu il Prezident cənab İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında demişdi ki, “Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir”. Son günlər yaşanan hadisəılər də göstərdi ki, cənab Prezidentin hərbi quruculuq istiqamətində atdığı davamlı siyasəti davam etdirlməlidir”.

Sumqayitfakt.Az




Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər