Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Qarabağda 50 min hektar sahədə əkin aparılıb - Nazir

Baxılıb: 356     Tarix: 16-09-2022 13:34   

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 50 min hektarda yazlıq və payızlıq əkinləri aparılıb.

Sumqayitfakt.Az report-a istinadən xəbər verir ki, bunu Şuşada keçirilən, Qarabağın bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumunda kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.
"Növbəti mövsümdə əkin ərazilərinin daha da artırılması üzrə tapşırıqlar verilib, hazırda aidiyyəti dövlət qurumları ilə birgə bu sahədə fəaliyyət göstərilir", - deyə o, qeyd edib.
Nazir əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunduqdan sonra bölgədə böyük quruculuq işləri aparılır: "Həyata keçirilən böyük infrastruktur layihələri - yolların, hava limanlarının inşası Azərbaycanın logistik imkanlarını genişləndirib. Bu imkanlardan region dövlətləri, o cümlədən dost ölkələr yararlana bilərlər. İşğaldan azad olunmuş əraziləri dövlət başçısı "Yaşıl Enerji Zonaları" elan edib. Bu ərazilərdə kənd təsərrüfatı əsas iqtisadi gücdür, aqrar sahənin inkişaf perspektivləri böyükdür. Hələ işğaldan əvvəlki dövrdə Qarabağ bölgəsinin böyük aqrar potensialı olub, burada heyvandarlıq və əkinçiliyin inkişafı üçün münbit şərait var. Torpaqların azad edilməsi ilə bölgədə kənd təsərrüfatının bərpası və yenidən inkişaf etdirilməsi üçün yeni imkanlar yaranıb. Təsadüfi deyil ki, Prezidentin azad olunmuş torpaqlarımızla bağlı ilk tapşırığı bu torpaqların əkilib becərilməsi ilə bağlı olub. Bu tapşırığa əsasən müharibənin başa çatdığı ilk günlərdən etibarən Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlar işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılması həyata keçirilib".


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər