Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu

Yeni məktəbli formaları satışa çıxarılır – Qiymətlər bəlli oldu

Baxılıb: 456     Tarix: 05-08-2022 18:43   

Yeni məktəbli formaları avqustun 12-dən satışa çıxarılacaq. 
Sumqayitfakt.Az xəbər verir ki, bu barədə məlumatı Bizim.Media-ya açıqlamasında "Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov bildirib.
Onun sözlərinə görə məktəbli forması ilə bağlı istehsal davam edir və istənilən sifarişi yerinə yetirmək iqtidarındadırlar:
“Parçaları 3 ay əvvəl sifariş etmişdik, hələ indi gəlib çıxıb. Parçaların bəziləri hələ yoldadır. Parçaları Türkiyə, Belarus və Özbəkistandan çox çətinliklə gətiririk. Keyfiyyətli olduğu üçün bahalı parçalardır. İstehsalla bağlı xüsusi planımız yoxdur. Plan ancaq satışdan asılı olacaq. Nə qədər satılarsa, bir o qədər də istehsal edəcəyik. Tikməkdə davam edirik. Ayrıca bir tikiş müəssisəmiz də işə qoşulub”.
Satış müdiri yeni məktəbli formalarının qiymətinin təxminən 66-70 manat civarında olacağını deyib:
“Bu məbləğdən yuxarı qalxmayacaq. Biz çalışırıq ki, minimum rəqəm deyək. Gələn ola bilər ki, sifarişdən asılı olaraq qiymət dəyişsin. Köhnə məktəbli formaları 2017-ci ildən sonra qiyməti dəyişməmişdi. Onu da deyim ki, hər kəs yeni forma ilə maraqlanır. Köhnə formaları soruşan yoxdur. Amma bu il üçün köhnə formalardan da istifadə keçərli olacaq. Elm və Təhsil naziri belə bir təlimat verib. Gələn il isə yalnız yeni məktəbli formasından istifadə ediləcək”, - deyə Etibar Əzimov qeyd edib. 
Qeyd edək ki, təhsilalanların geyim forması oğlan və qızlar üçün ayrı olmaqla qış və yay formalarından ibarətdir. 
Xatırladaq ki, bu ilin mart ayında Baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ni təsdiq edib. 2022/2023-cü tədris ilindən tətbiq ediləcək qərara əsasən, hazırkı geyim formaları tədris ilinin sonunadək istifadədə olacaq.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər