Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu

Niyə ağcaqanadlar bəzi insanları daha çox dişləyir?

Baxılıb: 441     Tarix: 05-08-2022 10:31   
Niyə ağcaqanadlar bəzi insanları daha çox dişləyir?

Yayda “mənim dərim tünd, dərim qalındır, ağcaqanadlar məni dişləmir və ya qan qrupuma görə məni çox dişləyir” kimi ifadələri tez-tez eşidirik. ABŞ-da aparılan yeni bir araşdırma ağcaqanadların bəzi insanları niyə daha çox dişlədiyini izah edir.

Sumqayitfakt.Az xəbər verir ki, ümumiyyətlə, ağcaqanadların bəzi qan qruplarını, açıq dərililəri, dərisi daha nazik olanları daha çox dişlədiyi barədə ümumi fikir var. Bunlardan bəziləri təcrübəyə əsaslanan şərhlərdir, bəziləri isə araşdırmaya əsaslanan.
Yeni bir araşdırma göstərir ki, ağcaqanadların sevdiyi müəyyən qoxular var, digər fiziki və kimyəvi işarələr isə onları müəyyən insanlara daha çox cəlb edir. ABŞ-ın Mayami Beynəlxalq Universitetində bir qrup tədqiqatçı tərəfindən aparılan araşdırmada ağcaqanadların bəzi insanları niyə daha çox dişləməsi araşdırılıb. Araşdırmaya görə, indol, nonanol, oktenol və laktik turşu kimi molekulların ağcaqanadların diqqətini çəkən qoxular yaratdığı müəyyən edilib.
Türkiyənin Akdeniz Universitetinin həkimi Hüseyn Çetin yalnız dişi ağcaqanadların ac olduqları zaman qan udduğunu, insan dəri rənginin ağcaqanadlar üçün cəlbedici bir xüsusiyyət göstərmədiyini bildirib. O, xüsusilə bədən istiliyi yüksək olan uşaqlar, hamilə qadınlar və müəyyən hormonal pozğunluqları olan insanların ağcaqanadların daha çox hücumuna məruz qala biləcəyini bildirib.
Normal şəraitdə yalnız dişi ağcaqanadların qan udduğunu, digər hallarda isə dişi və erkək ağcaqanadların bitki şirəsi ilə qidalandığını deyən Çetin ağcaqanadların karbohidrat ehtiyaclarını bitki şirəsi ilə qarşıladığını qeyd edib.
Çetin ağcaqanadların çox təhlükəli heyvanlar olduğunu, araşdırmaların hər il təxminən bir milyon insanın ağcaqanadlarla yayılan xəstəliklərdən öldüyünü, malyariya, sarı qızdırma, Qərbi Nil qızdırması, Zika və Denge kimi xəstəlikləri də ağcaqanadların daşıdığını bildirib.
Bəs bu qədər böyük əhəmiyyət kəsb edən və hər il bir milyona yaxın insanın ölümünə səbəb olan bu canlılar niyə bizə üstünlük verirlər?
Çetin bildirib ki, ağcaqanadların insanlara üz tutmasəna səbəb olan ən böyük faktorlardan biri karbon qazıdır. Onun sözlərinə görə, insanların tənəffüs zamanı buraxdığı karbon qazını ağcaqanadlar uzaqdan təsbit edə bilirlər.
Ağcaqanadların ən çox sevdiyi şeylərdən birinin rütubət olduğunu ifadə edən Çetin tərləyən insanların ağcaqanadlar tərəfindən daha çox seçildiyini və tərimizdəki müxtəlif maddələrin onları özünə çəkdiyini, buna görə də ağcaqanadların həddindən artıq tərləyən insanlara üstünlük verəcəyini bildirib.
Bundan əlavə həkim bildirib ki, araşdırmalar zamanı məlum olub ki, spirtli içki qəbul edən, pivə içən adamı daha çox ağcaqanad dişləyir. Bəzi araşdırmaların ağcaqanadların tünd paltar geyinən insanlara daha çox hücum etdiyini təsdiqlədiyini ifadə edən Çetin bunun əsas səbəbinin ağcaqanadların görmə qabiliyyətinin çox yaxşı inkişaf etməməsi və insanların siluetlərinə uyğun hərəkət etmələri olduğunu qeyd edib.
Bundan əlavə, Tibbi Mikrobioloq Aynur Eren Topkaya da bu mövzuda apardığı araşdırmanın nəticələrini bölüşüb. O, bildirib ki, araşdırmalara görə, ağcaqanadlar yaşıl, bənövşəyi, mavi və ağın soyuq çalarlarına məhəl qoymurlar.
“Bundan əlavə, bəzi rənglər daha cəlbedici görünür. Bu rənglər narıncı, qırmızı və qaradır.  İnsan dərisi qırmızı və narıncı diapazonda və uzun dalğa uzunluqlarında yerləşdiyi üçün ağcaqanadlar üçün də cəlbedici olduğu düşünülür. Buna görə də paltar seçərkən yaşıl, bənövşəyi, mavi və ağ rənglərin seçilməsi ağcaqanadları uzaqlaşdırmaq üçün fərqli bir üsul ola bilər. Bununla belə, bu məsələ ilə bağlı daha aydın məlumatlar təqdim etmək üçün araşdırmalar davam etməlidir”,- deyə Aynur Eren bildirib./bizimyol.info

Sumqayitfakt.Az




Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər