Qarabağda daha 683 mina zərərsizləşdirildi
Baxılıb: 435 Tarix: 01-08-2022 17:00

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-dan verilən məlumata görə, iyulun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 578, tank əleyhinə 105 mina və 1028 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 6.903 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Sumqayitfakt.Az
loading...
Ən çox oxunanlar