İstanbul boğazı ikitərəfli bağlandı - SƏBƏB
Baxılıb: 432 Tarix: 29-07-2022 21:53

Misirdən Bolqarıstana gedərkən gəminin nasazlığı səbəbindən Bosfor boğazı iki tərəfli nəqliyyata bağlanıb.
Sahil Təhlükəsizliyi Baş Müdirliyinin sosial media hesabında bildirilib.
"Misirdən Bolqarıstana səfər edərkən Yavuz Sultan Səlim Körpüsü yaxınlığında 134 metr uzunluğundakı Sparta gəmisində nasazlıq yaşanıb. Bələdçi kapitanımız və Kurtarma-12 və Nazim Tur yedək gəmilərimiz ora yönəldilib"- bəyanatda qeyd olunub.
Nasazlıq səbəbindən Bosfor boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.
Sumqayitfakt.Az
loading...
Ən çox oxunanlar