Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

Mətbuat gününə 1 ay qalıb - hansı tədbirlər olacaq?

Baxılıb: 350     Tarix: 23-06-2022 10:51   

Jurnalistlərə tikilən 3-cü binanın taleyi də müzakirə mövzusudur

Mətbuat Gününə 1 ay qalıb. Adətən jurnalistlərin peşə bayramında hökumət səviyyəsində müəyyən qərarlar verilir. Fəxri adların verilməsi, müxtəlif təltiflər və s. 2013 və 2017-ci illərdə media mənsublarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə mətbuat günündə peşə fəaliyyətində fərqlənən jurnalistlərə mənzil də hədiyyə olundu. Bu günə kimi jurnalistlər üçün 3 bina inşa edilib. 3-cü binanın mənzilləri 2020-ci ildə təqdim olunmalı idi. Həmin binanın inşasında ciddi korrupsiyaya yol verildiyi üzə çıxdıqdan sonra binanın tikilməsi və mənzillərin paylanması üzrə məsul olan KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli həbs edildi.
Ötən il bir qrup media rəhbəri və ictimaiyyət nümayəndəsinin Prezident İlham Əliyevə ünvanlandığı müraciət isə ciddi rezonans yaratdı.
Bir qrup media təmsilçisi və mediaya aidiyyəti olmayan adamlar jurnalistlər üçün tikilən binanın qazilərə və şəhid ailələrinə verilməsi təşəbbüsü ilə çıxış etdilər. Lakin qazi və şəhid ailələri başqa zümrə üçün tikilmiş binanın onlara verilməsinə razı olmadıqlarına dair açıqlama yaydılar. Habelə, əksər jurnalistlər bu təşəbbüsün adekvat davranış olmadığını bildirdilər...
Media günündə 3-cü bina jurnalistlərə paylanacaqmı? Ümumiyyətlə, media günü ilə bağlı hansı tədbirlər planlaşdırılır?
Büdcə parazitləri öz işlərindədirlər – Aygün Muradxanlı yazır – Yenicag.Az
Aygün Muradxanlı

Jurnalist Aygün Muradxanlı  bildirdi ki, 3-cü binanın məhz jurnalistlərə verilməsinin tərəfdarıdır: “Dövlət büdcəsindən vəsait sırf jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün ayrılır. Prezident binaların təməlqoyma mərasimlərində iştirak edib, media nümayəndələrinin vəziyyətinə dəfələrlə diqqət çəkib. Düşünürəm ki, bu siyasət davam edəcək və mənzillər haqqı çatan jurnalistlərə veriləcək. Ötən il qazilər və şəhid ailələri üzərindən təbliğat etmək istədilər, alınmadı. Nəzərə almaq lazımdır ki, bunun psixoloji tərəfi var. Şəhid və qazi ailələrinin bir arada olması özlüyündə travmalı durum yaradır. Sözügedən kateqoriyaya aid ailələrin daha dağınıq sosial qruplar arasında mənzillə təmin edilməsi daha doğrudur, çünki onların psixoloji reabilitasiyaya ehtiyacları var. Eyni vəziyyətdə olan insanlarla təmasda travmaları daha ağır yaşayırlar. Çox istəyirəm ki, haqqı çatan jurnalist dostlarıma bu binadan ev almaq nəsib olsun. Bir məqamı da nəzərə almaq lazımdır ki, binanın təhvil verilməsi həm də xərclənən vəsaitin havaya sovrulmasının qarşısını alacaq. Çünki bina dəniz kənarında tikilib, illərlə istifadəsiz qaldığından texniki vəziyyəti aşağı düşür”.

 Ülkər Qasımova

Jurnalist Ülkər Qasımovanın fikrincə, jurnalistlərin mənzillə təminatı Azərbaycan dövlətinin medianın yanında olmasının göstəricisidir: “Mən də daxil ehtiyacı olan mətbuat nümayəndələrinin mənzillə təminatı davamlı olmalıdır. Ötən il bir qrup media nümayəndəsi Prezidentə müraciət ünvanlayanda ümidim puç olmuşdu. Çünki müraciəti imzalayanlar arasında media kapitanları da var idi. Hansı ki, onlar redaksiyalardakı əməkdaşların məişət problemlərindən xəbərdardırlar. Azərbaycan dövləti hər kateqoriyadan olan vətəndaşının yanındadır. Müharibə veteranları, qazilər, şəhid ailələri ölkəmizin ən gözəl yerlərində yaşamağa layiqdirlər. Onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı işlər görülür. Bir çox həmkarım 3 ildir mənzillə təmin edilməyə ümid edir. Dövlət qazi və şəhid ailələri üçün minlərlə evin tikintisini davam etdirir. Habelə, dövlətin qərarı ilə məcburi köçkünlər üçün tikilmiş binalar onlar Qarabağa köçürüldükdən sonra qazilərə, şəhid ailələrinə veriləcək. Jurnalistlər üçün cəmi 255 mənzilli bina tikilib. Əgər bu bina jurnalistlər üçün inşa olunubsa, düşünürəm ki, mənzillər layiqli sahiblərinə verilər”.
Xatırladaq ki, jurnalistlər üçün tikilən 3-ci binanın özülü 2017-ci ildə qoyulub. Bina 17 mərtəbəli, 255 mənzillidir.
Aidiyyəti media qurumları isə binanın taleyinin necə olacağı barədə heç bir məlumat açıqlamayıblar.musavat.com


Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər