Namiq Dəlidağlı ilə görüş keçirilib -ŞƏKİLLƏR
Baxılıb: 3103 Tarix: 21-06-2022 22:18
Sumqayitfakt.Az xəbər verir ki, "Kəlbəcərə dönürük" adlı görüş dövlət himnimizin səslənməsi ilə başladı. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.




Qonaqlardan Dilşad Əzimova, Sübhi Abbasov, Fazil Əzimov, Murad Baxşəliyev, Mustafa Zamanov, Taleh Əmrahov, Xəqani İsmayılov, Mahir Abbasov, Müşfiq Bahadurov, Qasman Sabir oğlu, Qəlbinur Sadıqlı, Zabil Məmmədov, Qoşqar Abbasov, Rafiq Abbasov, Cahid Həsən oğlu, Elşən Əzimov, Ceyhun İsmayıl oğlu, Aqil Telman oğlu və başqaları müəllifin yaradıcılığı haqda öz ürək sözləri və fikirlərini söyləyib, onun özünəməxsus dəst-xətti olduğunu dilə gətirdilər.
Ənənəvilikdən uzaq, fərqli düşüncələrə söykənən, çərçivəsiz şeirlər müəllifinin birmənalı olaraq yenilikçi şair olduğu vurğulandı. Bildirildi ki, müəllif bu keyfiyyətlərlə təkcə Kəlbəcər mühitində deyil, Azərbaycan ədəbi cameəsində imzasını sevdirə və rəğbət qazana bilib.
Müəllifin "Əllidə ələnənlər" adlı növbəti şeirlər kitabı pandemiya dövrünə təsadüf etdiyindən geniş ictimaiyyətə təqdim olunmamışdı. Görüş əsnasında şair həmçinin kitabını imzalayaraq oxuculara hədiyyə etdi.
Tədbir boyunca aşıq İsmayılın ifasında müxtəlif saz havaları dinlənildi, şairin şeirlərindən nümunələr səsləndirildi. Müəllif yeni şeirlərini oxudu. Şairə qiymətli və xatirə hədiyyələri təqdim edildi.
Sonda N.Dəlidağlı təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirdi, belə görüşlərin keçirilməsinin son dərəcə əhəmiyyətli olduğunu vurğuladı.
Sevinc Qərib
Azərbaycan Yazıçılar Birliyinin üzvü





























loading...
Ən çox oxunanlar