Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Ağdamda ermənilərin yaraladığı şirkət əməkdaşının durumu AÇIQLANDI

Baxılıb: 4457     Tarix: 30-12-2021 12:45   
Ağdamda ermənilərin yaraladığı şirkət əməkdaşının durumu AÇIQLANDI

Ağdamda ermənilərin yaraladığı "Bakcell" MMC-nin əməkdaşının səhhəti sabitdir.

Sumqayitfakt.Az xəbər verir ki, bu barədə "report"a xəstəxanadan məlumat verilib.

Bildirilib ki, aldığı xəsarətin həyatı üçün təhlükəli deyil və müalicəsi davam etdirilir.

Qeyd edək ki, "Bakcell" MMC-nin əməkdaşı, 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Anar Məhəmməd oğlu Rəhimli dekabrın 29-u saat 16 radələrində Ağdam rayonunun işğaldan azad edilən "Yeddi xırman" adlanan ərazisində iş görən zaman ermənilər tərəfindən açılan atəş nəticəsində yaralanıb. O, Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 29, 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər