Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Sumqayıtda ağciyər qatilləri...

Baxılıb: 381     Tarix: 22-11-2021 08:16   
Sumqayıtda ağciyər qatilləri...


Bir gün meşəyə hay düşür, heyvanların hərəsi bir yana qaçır. Ayı mat-məəttəl qalır ki, nə baş verir. Bu zaman yanından keçən dovşanı tutub saxlayıb soruşur ki, nə olub? Dovşan deyir ki, bəs meşəyə komissiya gəlib, kimin 3 qulağı varsa, onun birini kəsib götürürlər. Ayı da deyir ki, ay Dovşan qardaş, sən niyə rahat olursan?! Sənin 2 qulağın var. Dovşan da cavab verir: "Bu komissiya qəribə komissiyadır, əvvəl qulaqları kəsirlər, sonra sayırlar, odur ki, qaç, qulağını qurtar.

Deyəsən bu komissiyanın işi elə bizim Sumqayıt şəhərində fəaliyyət göstərən 4 saylı Ekologiya və Təbii Sərvətləri İdarəsinin işinə oxşayır. Bu idarənin əməkdaşları əvvəlcə kəsirlər, sonra sayırlar. Yaxud da zibil poliqonu yandırıldıqdan sonra cərimə baltası ilə düşürlər, səbəbkarları baltalamağa, yəni cərimələməyə. Nəticə yenə də dəyişməz qalır, hava yenə zəhərlənir, ağaclar kəsilir. Özü də bütün bu proseslər gecə vaxtı baş verir, necə deyərlər, gecə xəlvət tülkü bəy.

Üstündən bir müddət keçsə də, bir xatırlatma etmək yerinə düşər. Bu ilin yayında Sumqayıtın Heydər Əliyev prospektində gecə saatlarında ağac kəsilmişdi. Niyə tək sayda ağac yazdım? Çünki iddia olunurdu ki, hansısa işbaz qatillər 1 ağacı "təbiətdən siliblər”. Oturub orta təhsilli bir baba kimi fikirləşəndə belə nəticəyə gəlmək olar ki, 4 saylı Ekologiya və Təbii Sərvətləri İdarəsi  ilk öncə 1 ağacın kəsildiyini müəyyən edib. Lakin cidanı çuvalda gizlətmək olur axı, meşə komissiyası sayanda görüblər ki, vay nənə, sən demə dörd dənə imiş. İndi nə etmək lazımdır: kimisə cəzalandırmaq, cərimələmək, yəni günah keçisi tapmaq. Araşdırılıb, kağız-kuğuzlar yazılıb, hesablama aparılıb və sonda məlum olub ki, hökumətə 2640 manata ziyan vurulub, orta hesabla 660 manat. Hökumətə vurulan zərəri bildik, bəs sakinlərə vurulan zərər-ziyan niyə hesablanmır? Dəyən zərərin nə qədər böyük olduğunu analamaq üçün bir fakta diqqət yetirək:

Hesablamalara görə, ölçüsü normal bir ağac bir mövsümdə 10 insanın il boyunca tükətdiyi qədər oksigen "istehsal edir”. İldə 22 kq karbondioksit udan tək bir normal ölçüdə olan ağac atmosferə buraxdığı 120 kiloqram oksigenlə 2 insanın yaşamasını təmin edir. Belə olduğu təqdirdə, 10 insanın bir illik və 2 insanın ömürlük oğurlanan oksigenin dəyəri harda qaldı?

Bu sualı ünvanlayaq 4 saylı Ekologiya və Təbii Sərvətləri İdarəsinə... idarənin rəisi Fərid Piriyev cənabları cavab versin. Desin ki, il ərzində neçə insanın ağciyərinə ziyan vurulub? Elə araşdırma apardıq, cərimələdik, yerinə də ağac əkdik ilə iş bitirmi? Əkilən ağacların aqibəti nə oldu bəs?!

Niyə İdarə əməkdaşları Sumqayıt ekologiyasına qənim kəsilib!? Şəhərdə insanların həyatına təhlükə törədən yetərincə quru ağaclar var, onlar niyə vaxtında kəsilmir? Amma quru ağac adı ilə yaşıl ağacları da o dünyaya göndərməyin. Sakinlərin həyatına, əmlakına təhlükə yaradan ağacları düzgün şəkildə budamaq lazımdır, mişarı-baltanı kökündən vurub onu yararsız hala salıb da, sonra kəsmək lazım deyil.

Sumqayıtın keçmiş şəkillərinə baxanda yaşıllığın içində gözəl bir şəhər görürük, lakin indi binaların arasında təkəm-seyrək ağaclardan başqa heç nə görə bilmərik. Niyə bu qədər bizi yaşadan ağaclara qəddarlıq edirik? Şəhərin təbiətini sakinlər qarışıq, aidiyyəti qurumlar da qorumalıdır. Unutmayaq ki, hər kəsilən yaşıl ağac neçə insanın ciyərinə saplanmış bıçaqdır.

Ağciyərimizin qatillərinə çevrilməyin. Zibil poliqonlarını yandırıb körpələrimizi zəhərləməyin. Gələcəyimizi şikəst etməyin! 

Turqut Rzalı

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər