Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Azərbaycan Prezidenti pandemiyaya qarşı qlobal mübarizədə liderlik edir - TƏHLİL

Baxılıb: 357     Tarix: 21-11-2021 07:22   
Azərbaycan Prezidenti pandemiyaya qarşı qlobal mübarizədə liderlik edir - TƏHLİL


BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın Üçüncü Komitəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edildi.

Sumqayitfakt.Az xəbər verir ki, Milli Məclisin deputatı Sevinc Hüseynova açıqlamasında qeyd edib ki, koronavirus pandemiyası başlayandan etibarən Azərbaycan əhalinin sağlamlğının qorunması üçün sistemli və ardıcıl addımlar atmağa başladı. O vurğulayıb ki, ölkəmiz təkcə daxili miqyasda deyil, qlobal müstəvidə də koronavirusla mübarizəyə böyük töhfələr verir.

"Pandemiya başlanan zamandan Azərbaycan COVİD-19-la mübarizə üzrə bir çox təşəbbüslərin müəllifi olub, yəni Azərbaycan həm bu təşəbbüslərin müəllifi olub, həm də bu istiqamətdə əməli addımlar atan, öndə gedən ölkələrdən biridir. İlk gündən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə bu təşəbbüslər irəli sürülüb və beynəlxalq səviyyədə də 30-dan artıq ölkəyə Azərbaycan tərəfindən humanitar yardımlar edilib", - deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə koronavirusa qarşı mübarizə istiqamətində 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib.

"Eyni zamanda Azərbaycan dünyada koronavirusa qarşı vaksinlərin bərabər və ədalətli bölüşdürülməsi üçün də təşəbbüslə çıxış edib və məhz ölkəmizin təşəbbüsü ilə 23 mart 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə 133 ölkənin dəstəyi ilə qəbul edilib. Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub", - deyə S.Hüseynova vurğulayıb.

Deputat Ceyhun Məmmədov isə bildirib ki, 2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində video müraciət vasitəsilə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bir daha dünyada mövcud olan peyvənd millətçiliyini qınamış, Azərbaycanın Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı BMT Baş Assambleyasında da qətnamə irəli sürəcəyini elan etmişdi.

"Noyabrın 18-də BMT Baş Assambleyanın 3-cü komitəsində (insan hüquqları və humanitar) sözügedən qətnamə layihəsi müzakirə olunaraq qəbul edildi, 171 ölkə qətnamənin lehinə səs verdi. Təqdirəlayiq haldır ki, heç bir ölkə qətnamənin əleyhinə səs vermədi. Sözügedən Qətnamə dekabr ayında bu dəfə artıq BMT Baş Assambleyasının plenar sessiyasında qəbul olunacaq.

Qeyd etmək lazımdır ki, qətnaməyə münasibətdə bitərəf qalmış 7 ölkədən biri regionda ən az peyvəndləmə səviyyəsinə malik Ermənistandır. Qeyd etmək lazımdır ki, bu, Ermənistanın bütün məsələlərə, hətta humanitar məsələlərdə də Azərbaycanın nailiyyətlərini qısqanclıqla qarşılamasının göstəricisidir", - deyə deputat bidirib.

O vurğulayıb ki, bu bir daha onu göstərir ki, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini uğurla davam etdirir, dünya ölkələrinin əksəriyyəti özünə qapandığı dövrdə Azərbaycanın pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkə adını qürurla qoruyur:
"Onu da qeyd edək ki, ötən dövrdə İ.Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısı, 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilmişdir.

Həmçinin, Möhtərəm Prezidentimizin tapşırığı ilə Azərbaycanın Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü "Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi" adlı qətnamə 2021-ci ilin mart ayında yekdilliklə qəbul olunmuşdur", - deyə deputat bildirib.

C.Məmmədov əlavə edib ki, varlı və kasıb ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizə davamlı olaraq Qoşulmama Hərəkatının sədri olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin hər zaman gündəliyində olub.

"Eyni zamanda, Azərbaycan Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları edib. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə töhfəsi ayırıb, bu yaxınlarda dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin təqdim edib.

Bütün bunlar bir daha Prezident İlham Əliyevin təkcə Azərbaycanda deyil, dünya siyasətində özünəməxsus yeri olduğunu göstərir", - deyə deputat bildirib.

Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov Trend-ə açıqlamasında qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı qlobal təşəbbüsləri bir neçə dəfə beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənib.

"Bu Türkdilli dövlətlərin əməkdaşlıq şurasının iclasında bir daha öz təsdiqini tapdı. Eyni zamanda Qoşulmama Hərəkatının sədri kimi COVID-19-a qarşı fövqaladə zirvə görüşünün keçirilməsi, bununla yanaşı peyvənd milliyətçiliyinə qarşı qlobal mübarizədə Azərbaycanın göstərdiyi səylər və təşəbbüslər beynəlxalq auditoriyanın diqqətini çəkir və daima dəstəklənir. 2021-ci il sentyabrn 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik iclasında da videomüraciətlə çıxış edən Prezident İlham Əliyev peyvənd milliyyətçiliyini qınamış və Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsi ilə bağlı qətnaməni irəli sürəcəyini elan etmişdi. Ötən gün noyabrn 18-də BMT Baş Assembleyasının üçüncü komitəsində yəni insan hüquqları və humanitar komitədə sözügedən qətnamə layihəsi üzərində müzakirə keçirilib və səsvermə ilə qəbul edilib",-deyə poltiloq qeyd edib.

İ.Hüseynov bildirib ki, bu Azərbaycanın qlobal səviyyədə təhlükəsizliyin və sağlamlığın qorunması istiqamətində bir töhfəsidir. Dünya əhalisinin belə çətin bir vaxtda peyvəndlənlərə çıxış imkanlarının genişləndirilməsi, dövlətlər arasında bərabərsizliyə son qoyulması ilə bağlı həyata keçirilən mühüm bir addımdır.

"Eyni zamanda 171 ölkə bu qətnamənin lehinə səs verib. Qətnamənin əleyhinə səs verən dövlət olmayıb. Çünki bu bütün dünyanı narahat edən bir məsələdir. Maraqlıdır ki,qətnamənin müzakirəsi zamanı bitərəf qalan yeddi ölkədən biri Ermənsitandır. Cənubi qafqaz regionunda ən az peyvəndlənmə səviyyəsinə malik olan Ermənsitan bu məsələdə bitərəfliyini nümayiş etdirdi. Qeyd etmək lazımdır ki, Ermənistan bütün məsələlərdə hətta humanitar aspektdə olan məsələlərdə də Azərbaycanın qlobal çağırışlarına və nailiyyətlərinə qısqanclıqla yanaşır və bütün qlobal təşəbbüslərin qarşısının alınmasında səy göstərir.Hətta ötən ilin dekabrnda COVİD-19-a qarşı BMT Baş Assambleyasında müzakirələrin keçirilməsi ilə bağlı Azərbaycanın qlobal təşəbbüsünə qarşı Ermənistan öz fikrini ifadə etmişdi",- deyə o bildirib

Politoloq həmçinin qeyd edib ki, sözügedən qətnamə dekabr ayında BMT Baş Assembleyasının plenar sessiyasında qəbul olunacaq.

"Bu bir daha göstərir ki, Azərbaycan bütün dünyada gedən prosseslərə biganə deyil və bütün dünya əhalisinin təhlükəsizliyinin, sağlamlığının, insanların rifahının qorunması istiqamətində fəaliyyət göstərir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycan Ümumdünya səhiyyə təşkilatına, Qoşulmama Hərəkatının üzv dövlətlərinə peyvəndlər ianə etmişdir və həmin dövlətlər daima Azərbaycanın yanında olduğunu nümayiş etdiriblər.Biz bunu Vətən Müharibəsində, BMT Təhlükəsilzik Şurasında keçirilən müzakirələrdə də şahidi olduq və bu Azərbaycanın beynəlxalq mövqeyinin bir qədər də güclənməsinə xidmət göstərən addımlar sırasında qeyd olunur",- deyə o vurğulayıb.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər