Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Milli Paralimpiya Komitəsində milli üzvləri ilə görüş keçirilib

Baxılıb: 364     Tarix: 20-11-2021 12:50   
Milli Paralimpiya Komitəsində milli üzvləri ilə görüş keçirilib


Milli Paralimpiya Komitəsinin (MPK) baş katibi Kamal Məmmədov qış idman növləri üzrə milli komandanın bir neçə üzvü ilə görüşüb.

Sumqayitfakt.Az xəbər verir ki, Məmmədov idmançıların hazırkı fiziki və psixoloji durumları ilə maraqlanıb. O, bildirib ki, məqsəd qarşıdan gələn yarışlarda uğurlu nəticələr əldə etmək və ilk dəfə olaraq Qış Paralimpiya Oyunlarına lisenziya qazanmaqdır.

Yığmanın üzvləri Daşqın Abbasov və Mehman Ramazanzadə öz növbələrində komitə rəhbərliyinə hazırki hazırlıqları haqda məruzə edib, beynəlxalq yarışlarda ölkəni layiqincə təmsil edəcəklərini vurğulayıblar. Daha sonra idmançılara yeni idman formaları təqdim edilib.

Qeyd edək ki, qış idmanının kross-kantri idman növündə iştirak edən M.Ramazanzadə noyabrın 19-da Rusiyanın Ufa şəhərində keçirilən təlim-məşq toplanışına yollanıb. Hazırlıq prosesinin məqsədi 13 - 19 dekbarda Finlandiyanın Vuokatti şəhərində təşkil olunacaq Avropa kubokuna hazırlıqdır.

Dağ xizəyi idman növü üzrə milli komandanın üzvü D.Abbasov isə baş məşqçi Məhəmməd İsmayılovun rəhbərliyi altında 23 - 29 noyabrda Avstriyanın Resterhöhe şəhərində keçiriləcək Avropa çempionatına yola düşəcək.

Qeyd edək ki, XIII Qış Paralimpiya Oyunları 4 - 13 martda Çinin paytaxtı Pekində baş tutacaq.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər