Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Sumqayıtda “Gənc Mühəndislər Laboratoriyası”na yekun vuruldu

Baxılıb: 360     Tarix: 20-11-2021 10:08   
Sumqayıtda “Gənc Mühəndislər Laboratoriyası”na yekun vuruldu


Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Tələbələri İctimai Birliyi tərəfindən Gənclər Fondunun XV qrant müsabiqəsi çərçivəsində icra olunan "Gənc Mühəndislər Laboratoriyası” layihəsinə yekun vurulub.

Sumqayitfakt.Az xəbər verir ki, 31 nömrəli tam orta məktəbin informatika otağında keçirilən növbəti sayca 5-ci təlimdə iştirakçıları salamlayan layihə rəhbəri Ceyhun Hüseynov çıxışında ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, Gənclər Fondunun və İctimai Birliyin fəaliyyətindən danışmışıdır. Bildirildi ki, Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən "Gənc Mühəndislər Laboratoriyası” layihəsinin məqsədi  gənclərin alqoritmik düşüncə, məntiq, layihə işləmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsidir. Qeyd olundu ki, layihə çərçivəsində ümumilikdə 150 nəfər iştirakçı olmaqla 5 təlim keçirilmişdir.

Təhsil müəssisəsinin direktoru Leyla Əliyeva çıxışında layihənin əhəmiyyətindən, informasiya texnologiyaları mühəndisliyi sahəsində gənclərin üzə çıxarılmasının vacibliyindən danışmış və layihənin gedişatına uğurlar arzu etmişdir.

Daha sonra təlimçi Ramil Süleymanov tərəfindən Robot texnologiyaları, mühəndislik və kod tədrisi, İKT sahəsində mühəndislik bacarıqları, dizayn və müasir texnologiya istiqamətində biliklər iştirakçılara çatdırılmış, "First Lego League (FLL) Azərbaycan” mühəndislik və robototexnika olimpiadası və "Rəqəmsal bacarıqlar” pilot layihəsində iştirak şərtləri haqqında geniş məlumatlar verilmiş, gəncləri maraqlandıran suallar cavablandırılmışdır və sonda iştirakçılara sertifikatlar təqdim edilmişdir.

Qeyd edək ki, layihənin davamlılığının təmin edilməsi məqsədilə keçirilən beş təlimdə aktiv olan gənclərin elektron platformasının yaradılması, müvafiq istiqamətdə işlərin mütəmadi olaraq görülməsi planlaşdırılır.

Sumqayitfakt.Az






Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər