Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Sumqayıtda "44 Günlük Zəfərin ideoloqu" adlı tədbir keçirilib

Baxılıb: 355     Tarix: 20-11-2021 09:58   
Sumqayıtda "44 Günlük Zəfərin ideoloqu" adlı tədbir keçirilib


Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü ilə əlaqədar YAP Sumqayıt şəhər təşkilatında şəhər təşkilatının əməkdaşları, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi, Sumqayıt regional mədəniyyət idarəsi və məktəbəqədər tərbiyə müəssisələrinin ərazi partiya təşkilatlarının sədr və nümayəndələrinin iştirakı ilə Yeni Azərbaycan Partiyası – 44 Günlük Zəfərin ideoloqu adlı tədbir keçirilib.

Sumqayitfakt.Az xəbər verir ki, tədbiri YAP Sumqayıt şəhər təşkilatının sədri vəzifəsini icra edən Ramiz Hüseynov giriş sözü ilə açaraq ölkəmiz üçün çətin günlərdə Yeni Azərbaycan Partiyasının yaradılması, xalqın israrlı tələbi ilə Ümummilli lider Heydər Əliyevin partiyaya rəhbərliyi qəbul etməsi, dövlətimizin müstəqilliyinin qorunub saxlanılması və respublikada vətəndaş həmrəyliyinin bərqərar olması istiqamətində əvəzsiz xidmətləri barədə məlumat verdi.

Azərbaycan dövlətinin memarı Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov çıxış edərək YAP-ın yaradılmasının 29-cu ildönümü və 8 noyabrda qeyd olunan Zəfər günü ilə bağlı zalda əyləşən siyasi həmfikirlərini təbrik etdi. Fərman Kazımov Sumqayıt şəhərində aparılan quruculuq işlərindən, partiyamızın lideri, prezident İlham Əliyevin Sumqayıt şəhərinə olan xüsusi diqqət və qayğısından bəhs etdi. O, keçən əsrin sonlarında ölkəmizin keçdiyi enişli-yoxuşlu yollardan, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin ideoloqunun gördüyü işlərdən, qəhrəmanlarımızın göstərdiyi şücaətdən, xalqımızın həmrəyliyindən danışaraq tarixi inkişaf yolumuzun geniş təsvirini verdi. Daha sonra Sumqayıt Dövlət Universitetinin müəllimi, YAP Sumqayıt şəhər təşkilatının qurucularından olan Əvəz Mahmudov öz çıxışında Yeni Azərbaycan Partiyasının keçdiyi çətin günləri, ölkənin dar günündə xalqın çağırışına cavab verən Heydər Əliyevin fəaliyyəti barədə geniş məruzə etdi. Sumqayıt Dövlət Dram Teatrının aktyoru, Prezident təqaüdçüsü Namis Şirməmmədov Ümummilli lider Heydər Əliyevin mədəniyyət sahəsinə olan diqqət və qayğısı barədə, Sumqayıt Dövlət Dram Teatrının yaradılması haqqında danışdı və çıxışını Heydər Əliyevə istinadən Dədə Qorqudun sözləri ilə yekunlaşdırdı. Sumqayıt şəhər Tarix Muzeyinin müdiri Aygün Zülfüqarlı YAP-ın keyfiyyət baxımından yeni mərhələyə qədəm qoyması, partiyanın VII Qurultayı, partiyamızın lideri İlham Əliyevin qurultaydakı proqram xarakterli çıxışı barədə məlumat verdi.

Sonda, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov başda YAP-ın lideri, prezident İlham Əliyev, YAP sədrinin Birinci müavini Mehriban xanım Əliyeva olmaqla 760 minlik YAP ailəsini partiyanın yaradılmasının 29-cu ildönümü münasibətilə təbrik etdi.

Sumqayitfakt.Az














Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər