Xəbər xətti
21-10-2021
20-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

“Bu ölkəni öz taleyi ilə təkbaşına buraxmaq kimi seçim yoxdur” - Ərdoğan

Baxılıb: 352     Tarix: 13-10-2021 08:37   
“Bu ölkəni öz taleyi ilə təkbaşına buraxmaq kimi seçim yoxdur” - Ərdoğan


"Beynəlxalq ictimaiyyətin Əfqanıstan xalqına arxa çevirmək və ya bu ölkəni öz taleyi ilə təkbaşına buraxmaq kimi seçimi yoxdur".

Sumqayitfakt.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Liderlər Zirvə Görüşünün Əfqanıstana dair fövqəladə iclasında deyib.

Türkiyə Prezidenti G20-ni dünyanın üzləşdiyi çətinliklər qarşısında əməkdaşlıq üçün əsas platforma olaraq gördüyünü bildirib.

Əfqanıstanda baş verən hadisələrin yalnız siyasi və humanitar deyil, iqtisadi və maliyyə sahələrinə də təsirsiz ötüşmədiyini vurğulayan Ərdoğan bu ölkədə təhlükəsizliyin və sabitliyin ən qısa zamanda təmin olunmasının təkcə bölgədə deyil, beynəlxalq səviyyədə də mühüm əhəmiyyət kəsb etdiyini, dialoq kanallarını açıq saxlayaraq "Taliban"ı tədricən əhatəli hökumət qurmağa yönəltməyin vacibliyini deyib.

Əfqanıstan xalqının 40 ildən çoxdur qeyri-sabitlik, münaqişə və terrorun dağıdıcı nəticələri ilə yanaşı, siyasi qeyri-müəyyənliklə də mübarizə apardığını diqqətə çatdıran Prezident Ərdoğan bildirib:

"Belə bir dövrdə beynəlxalq ictimaiyyətin Əfqanıstan xalqına arxa çevirmək və ya bu ölkəni öz taleyi ilə təkbaşına buraxmaq kimi seçimi yoxdur.

Siyasi prosesdən asılı olmayaraq, ölkədə dərinləşən humanitar böhran səbəbindən Əfqanıstan xalqı ilə güclü həmrəylik nümayiş etdirməliyik. Türkiyənin Qızıl Aypara Cəmiyyəti bu yaxınlarda Əfqanıstana 33 ton ərzaq yardımı etdi. Bundan başqa, hərtərəfli humanitar yardım paketi üzərində işləyirik".

Türkiyə Prezidenti Əfqanıstandakı qeyri-sabitliyin dünyada nizamsız miqrasiyaya da səbəb ola biləcəyinə diqqət çəkib. Hazırda Türkiyədə təqaüdlə təhsil alan 1100 əfqan tələbənin olduğunu qeyd edən Ərdoğan bu yardımların davam etdiriləcəyini söyləyib.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər