Xəbər xətti
21-10-2021
20-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

umqayıtlı qazi Cahangirlə maraqlanan yoxdur? – Rəsmi AÇIQLAMA

Baxılıb: 348     Tarix: 11-10-2021 08:09   
umqayıtlı qazi Cahangirlə maraqlanan yoxdur? – Rəsmi AÇIQLAMA


Sosial şəbəkələrdə qazi Cahangir Əliyevin diqqətdən kənarda qalması ilə bağlı məlumatlar yayılıb.qqqqqqqqqqqq

C. Əliyev Sumqayıtda yaşayır. Vətən müharibsəi iştirakçısıdır. Döyüşlərdə ağır bədən xəsarətləri alıb. Qazinin müharibədə aldığı zədədən bədənində 250-yə yaxın tikiş var, gözünün biri tam görmür, o biri isə 5-10 faiz görür. Əl barmaqlarının birində 4, digərində isə 1 barmağı yoxdur. Danışığı, nitqi 99 faiz pozulan qazinin ayaqlarında da ciddi problemlər var və çəliksiz gəzə bilmir. 21 yaşlı Cahangirin beyninin 70 faizi zədələnib. 

Yayılan xəbərlərə görə Vətən müharibəsi iştirakçısı ilə maraqlanan yoxdur. 

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Tural Qurbanov məsələ ilə bağlı açıqlama verdi. Bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsində yaralanmış Sumqayıt şəhər sakini Əliyev Cahangir Gülbala oğlu ilə növbəti dəfə görüşərək, sosial vəziyyətini öyrəniblər:

"Müharibədən sonra Cahangirin sistemli şəkildə müalicəsi üçün müvafiq işlər aparılıb. Nazirlik tərəfindən reabilitasiya proqramına cəlb edilib, mühərrikli təkərli oturacaqla təmin olunub. Xüsusilə "YAŞAT” Fondu tərəfindən ailəsinin məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə maddi yardım göstərilib. Aprel, iyun və avqust aylarında Türkiyənin VM Medical Park Pendik Xəstəxanasındakı müalicəsi üzrə xərcləri qarşılanıb. Qazimiz həmçinin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində israilli həkim heyəti tərəfindən tibb xidməti ilə təmin olunub.

Cahangirin atası Gülbala Əliyev ”Sumqayıt Texnologiyalar Parkı” MMC-də elektrik işləyir. Anası Sevda Əliyeva işsiz olduğu üçün, istəyinə uyğun olaraq "dərzilik” üzrə özünüməşğulluq proqramına cəlb olunub, yaxın zamanda aktivlərlə təmin ediləcək. 

Cahangirin əlilliyinin qiymətləndirilməsi məsələsinə gəldikdə, aidiyyəti orqanın hərbi həkim komissiyası tərəfindən şəhadətnamə təqdim olunmadığından bu mümkün olmayıb. 

Həmin sənədin verilməsi prosesinin sürətləndirilməsi üçün Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aidiyyatı orqana müraciət edilib. 

Xatırlatma üçün qeyd edək ki, hərbi səbəblə əlaqədar əlilliyin qiymətləndirilməsi aidiyyəti qurumların şəhadətnamə və göndərişlərinin e-sistemə daxil edilməsindən sonra aparılır”.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər