Xəbər xətti
23-07-2021
21-07-2021
Yazarlar





Rublika
Arxiv
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

“Sumqayıt” “Çukariçki” ilə səfərdə heç-heçə oynayıb

Baxılıb: 399     Tarix: 22-07-2021 01:24   
“Sumqayıt” “Çukariçki” ilə səfərdə heç-heçə oynayıb


“Sumqayıt” 2021/22 mövsümünə start verib.

Sumqayitfakt.Az xəbər verir ki, Premyer Liqanın bürünc mükafatçısı Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyununu keçirib.

Ayxan Abbasovun yetirmələri Serbiyada “Çukariçki” ilə qarşılaşıb. Görüş qarşılıqlı hücumlarla keçsə də, meydan sahibləri cüzi ərazi üstünlüyünə malik olub.

Lakin tərəflərdən heç biri yaradılan imkanlardan istifadə edə bilməyib. Qolsuz sülhlə ayrılan rəqiblər cütün taleyinə cavab görüşündə aydınlıq gətirəcək.

Bununla da Azərbaycan klublarının Konfrans Liqasında debütü heç-heçə ilə əlamətdar olub. “Sumqayıt” isə özünün ilk avrokubok səfərində sülhə imza atıb. Bu, klub tarixinə qitə miqyaslı turnirlərdəki ilk xal kimi düşüb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 29-da keçiriləcək.

Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
21 iyul
22:00. “Çukariçki” (Serbiya) – “Sumqayıt” (Azərbaycan) - 0:0
Baş hakim: Urs Şnider (İsveçrə)

“Çukariçki”:

12. Derde Petroviç,
6. Miladin Stevanoviç,
19. Strahinya Tanasiyeviç,
65. Stefan Şapiç,
86. Boyan Roqanoviç,
5. Marko Dociç,
22. Srcan Miyailoviç,
27. Milan Saviç,
70. Aleksa Yankoviç,
77. Stefan Kovaç,
9. Corce Yovanoviç

Ehtiyat oyunçular:

1. Nemanya Beliç,
35. Novak Miçoviç,
2. Viktor Roqan,
3. Nemanya Tosiç,
11. Norman Kampbell,
7. Marko Rakonyaç,
20. Asmir Kayeviç,
23. Stefan Koloviç,
26. Uroş Drezgiç,
17. Boyika Nikceviç,
80. Nikola Koliç,
88. Yovan Lukiç
Məşqçi: Pavle Delibaşiç

“Sumqayıt”:

13. Aydin Bayramov,
4. Höccət Haqverdi,
5. Camaləddin Xocaniyazov,
14. Elvin Bədəlov,
18. Süleyman Əhmədov,
74. Yusif Nəbiyev,
10. Rəhim Sadıxov,
11. Rüfət Abdullazadə,
6. Vüqar Mustafayev,
17. Murad Xaçayev,
9. Əli Qurbani

Ehtiyat oyunçular:

1. Tərlan Əhmədli,
71. Hüseynəli Quliyev,
2. Dmitri Nağıyev,
3. Vurğun Hüseynov,
8. Səbuhi Abdullazadə,
19. Xəzər Mahmudov
20. Roman Hüseynov,
33. Eltun Turabov,
37. Nicat Əliyev,
60. Elvin Məmmədov
Baş məşqçi: Ayxan Abbasov
Belqrad. “Çukariçki” stadionu


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər