Xəbər xətti
23-07-2021
21-07-2021
Yazarlar





Rublika
Arxiv
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Vətən müharibəsinin iştirakçılarına psixiatrik və psixoloji dəstək göstərilməsi məqsədilə aksiya keçirilib

Baxılıb: 351     Tarix: 19-07-2021 23:52   
Vətən müharibəsinin iştirakçılarına psixiatrik və psixoloji dəstək göstərilməsi məqsədilə aksiya keçirilib


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycanlı Həkimlərdən Təhsilə Dəstək Dərnəyinin birgə təşkilatçılığı ilə iyulun 19-da Mərdəkan qəsəbəsində yerləşən Tibbi Reabilitasiya Xəstəxanasında Vətən müharibəsinin iştirakçılarına psixiatrik və psixoloji dəstəyin göstərilməsi məqsədilə müayinə aksiyası keçirilib.

Sumqayitfakt.Az xəbər verir ki, tədbirdə Türkiyədə fəaliyyət göstərən və hazırda ölkəmizdə səfərdə olan 4 azərbaycanlı həkim-psixiatr tərəfindən Vətən müharibəsi qaziləri müharibə iştirakçılarında sonradan tez-tez müşahidə olunan psixi pozğunluqlarla bağlı müayinə olunublar.

Müayinələr zamanı, əsasən postravmatik stress pozğunluqları, depressiya, panika halı, ürək çırpıntıları, müəyyən fobiyalar və halüsinasiya ilə müşayiət edilən psixoloji pozuntular nəzərdən keçirilib, müvafiq müalicələr təyin edilib və lazımi məsləhətlər verilib.

Qeyd edək ki, tədbir 20 iyul tarixində də keçirilməklə 2 gün davam edəcək və bu müddətdə 100-dən çox qazinin müayinə olunması nəzərdə tutulur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralanan şəxslərin, habelə şəhid ailə üzvlərinin sağlamlığının bərpası, onların müalicəsi istiqamətində dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq, Agentlik tərəfindən həyata keçirilən mühüm tədbirlər bundan sonra da davam etdiriləcək.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər