Xəbər xətti
23-06-2021
22-06-2021
Yazarlar





Rublika
Arxiv
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu

Azərbaycan Laçın dəhlizini hansı halda bağlaya bilər?

Baxılıb: 460     Tarix: 09-06-2021 13:09   
Azərbaycan Laçın dəhlizini hansı halda bağlaya bilər?

Ermənilərin sərhəddə törətdiyi təxribatların fonunda Laçın dəhlizinin bağlanması ilə bağlı tələblər artıb. Buna əsas kimi qarşı tərəfin noyabrın 10-da imzalanan üçtərəfli sazişin bəndələrinə riayət etməməsi göstərilir.

Maraqlıdır, Azərbaycan Laçın dəhlizini bağlaya bilərmi? Laçın dəhlizi bağlanacağı təqdirdə nə baş verəcək?

Sumqayitfakt.Az xəbərinə görə, mövzu barədə yenisabah.az-a danışan Milli Məclis deputatı Aydın Mirzəzadə qeyd edib ki, Laçın dəhlizi üçtərəfli sazişin tərkib hissəsidir və bir bəndin yerinə yetirilməməsi digər bəndlərin də dondurulmasına səbəb ola bilər:

“Laçın dəhlizinin bağlanması artıq Zəngəzur dəhlizinin açılmasının qarşısını alacaq. Azərbaycana isə bu lazım deyil. Ona görə də bu gün Azərbaycan sərhədləri möhkəmləndirir. Erməni diversantların təxribatlarının qarşısını alır və Zəngəzur dəhlizinin açılmasına ciddi hazırlıq görür. Eyni zamanda dünya ictimaiyyəti Ermənistanın bu gün öz qonşularına qarşı bu cür təxribatlar törətməsi haqqında məlumatlandırılır. Ermənistan yaxşı dərk edir ki, onun təxribatlarının qarşısı hazırlıqlı Azərbaycan Silahlı Qüvvələri tərəfindən alınır və alınacaq. Dünən bir erməni əsgərinin tutulması, sonradan humanizm nümayiş etdirilərək geri qaytarılması bir tərəfdən Azərbaycanın yüksək hazırlığını, digər tərəfdən isə Ermənistanla normal münasibətlər qurmaq istədiyini göstərir”.

Politoloq hesab edir ki, hazırda emosiyaya qapılıb sonradan xoşagəlməz hallar yaradacaq addımlar atmaq olmaz:

“Laçın dəhlizinin fəaliyyət göstərməsi Zəngəzur dəhlizinin işə düşməsi üçün lazım olan şərtlərdən biridir. Azərbaycanın bir bənddən imtina etməsi artıq 10 noyabr və nəticə olaraq 11 yanvar sazişindən imtina etməsi deməkdir. Azərbaycan isə dünyaya ərazi bütövlüyünü təmin etdikdən sonra Ermənistanla yaxşı münasibət qurmaq istədiyini nümayiş etdirir”.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər