Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu

Kimyaçılar payız iməciliyinə start verdi - FOTOLAR

Baxılıb: 2137     Tarix: 16-09-2018 15:57   


Sumqayitfakt.Az xəbər verir ki, «Azərikimya» İstehsalat Birliyinin müəssisələrində 2018-ci ilin payız iməciliklərinə start verilmişdir.
Təsdiq olunmuş tədbirlər planına uyğun olaraq 20 sentyabr - Neftçilərin peşə bayramı gününə həsr olunmuş ilk şənbə iməciliyində Etilen-polietilen zavodu, Təmir-tikinti İdarəsi və Birliyin İdarəetmə aparatından ümumilikdə 150 nəfər əməkdaş iştirak etmişdir.
Böyük ruh yüksəkliyi şəraitində keçən iməcilik zamanı kimyaçılar Etilen-Polietilen zavodunun Azot-Oksigen qurğusu sahəsində 400 ədəd müxtəlif növ ağac əkmişlər.
Paralel olaraq əsas qüvvələrini Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin daxili ərazilərinə cəlb edən kimyaçılar iməcilik boyu müvafiq sahələrdə təmizlik-abadlıq işləri aparmış, əvvəlki iməciliklərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərmiş, diblərini belləmiş, suvarma işləri həyata keçirmiş və əraziləri müxtəlif tullantılardan təmizləmişlər.
Sumqayıtın sənaye zonasında ekoloji mühitin daha da yaxşılaşdırılmasına və yaşıllıqların artırılmasına hesablanmış iməciliklərin payız mövsümü boyunca davam etdirilməsi nəzərdə tutulmuşdur.











Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər