Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu

Məşhur bakılı kəşfiyyatçının işi haqqında sənədlərdən “gizli” qrifi götürüldü

Baxılıb: 3100     Tarix: 18-08-2018 11:56   
Məşhur bakılı kəşfiyyatçının işi haqqında sənədlərdən “gizli” qrifi götürüldü


Yaponiya hökuməti İkinci Dünya müharibəsi illərində hər vəchlə Rixard Zorgenin işi barədə məlumatların KİV-ə sızmasının qarşısını almağa çalışıb. Bu, o zamanlar ölkənin Ədliyyə Nazirliyinin altıncı cinayət şöbəsinə başçılıq etmiş Taydzo Otaya məxsus sənədlərin açıqlanmasından sonra məlum olub.

Sumqayitfakt.Az virtualaz.org-a istinadən xəbər verir ki, sənədlər Otanın yaxınları tərəfindən Dövlət parlament kitabxanasına təqdim edilib.

Zorgenin qrupu 1941-ci ilin oktyabr ayında həbs olunub, onun mövcudluğu barədə ilk xəbəri isə Ədliyyə Nazirliyi yalnız 1942-ci ilin may ayının 16-da verib. Daxili istifadə üçün nəzərdə tutulmuş sənədlərdə sərt senzuranın tətbiqi barədə göstəriş mövcuddur və bununla bağlı Ədliyyə Nazirliyinin mövqeyi əks olunub. Misal üçün, qrupun üzvlərindən biri olmuş Kinkadzu Sayondzi haqqında deyilir ki, onun DİN-dəki vəzifəsi barədə məlumatlar ləğv edilməli, "vacib sirli iş” söz birləşməsindəki "vacib” kəlməsi silinməlidir.

Bu cür təhlükəsizlik tədbirləri onunla bağlı ola bilər ki, Sayondzi imperatorun on müşavirindən biri, bir vaxtlar ölkənin baş naziri olmuş Kimmoti Sayondzinin nəvəsi idi.

"Mayniti” və "Asahi” qəzetlərində mayın 17-də dərc olunmuş məqalələrdə həmin şərtlər artıq icra edilmişdi və bu onun bariz nümunəsidir ki, o vaxtlar KİV-də ciddi senzura tətbiq olunurdu.



Rixard Zorge 1895-ci ildə Bakıda anadan olub. 1914-cü ildə könüllü olaraq alman ordusuna qoşulub və Birinci Dünya müharibəsində iştirak edib. 1919-cu ildə Almaniya Kommunist Partiyasının sıralarına keçib, 1924-cü ildə isə Moskvaya köçərək, SSRİ vətəndaşlığı alıb.

1929-cu ildə sovet hərbi kəşfiyyatının rəhbəri Yan Berzin tərəfindən cxüsusi xidmət orqanlarına cəlb olunub və ölkədən xaricdə tapşırıqları yerinə yetirib. İka Rixardoviç Zonter, Ramzay, İnson və bu kimi digər ləqəblər altında çalışıb. 1930-1932-ci illərdə Çində uğurla fəaliyyət göstərib – agentura şəbəkəsi yaradıb, qiymətli məlumatlar ötürüb. Çindən Almaniyaya qayıdaraq, Zorge hərbi kəşfiyyat və Gestapo ilə əlaqələr qurub, Almaniya Milli-Sosialist Fəhlə Partiyasına üzv olub.

Zorge və onun qrupu Yaponiya ilə SSRİ arasında müharibənin, Avropadakı müharibənin daha da qızışdırılmaması işinə böyük töhfə veriblər. Almaniyanın SSRİ-yə hücumuna 4 ay qalmış Zorge Sovet hökumətinə Böyük Vətən müharibəsinin başlayacağı tarix barədə məlumat ötürüb. 1941-ci ilin oktyabr ayının 18-də Rixard Zorge köməkçiləri ilə birlikdə Yaponiya hökuməti tərəfindən həbs edilib. 1944-cü ilin oktyabr ayının 7-də Tokio həbsxanasında edam olunub.

1964-cü ildə Rixard Zorgeyə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilib.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər