Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu

Prezident əsgər ölümü ilə bağlı işi nəzarətə götürdü – “3 nəfər həbs olunub”

Baxılıb: 3160     Tarix: 14-08-2018 16:51   


Bir neçə gün öncə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində dünyasını dəyişmiş əsgər Fəhmin Əbilovun atası Əbilov Akif Səməd oğlu bu gün Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov tərəfindən qəbul edilib.

Sumqayitfakt.Az-ın məlumatına görə, dünyasını dəyişmiş əsgərin atası trend-ə açıqlamasında bildirib ki, görüşdən və ona verilən məlumatlardan razı qalıb: “Baş prokuror bildirdi ki, iş şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi nəzarətindədir. Açılmış cinayət işinin istintaqı barədə mənə ətraflı məlumat verdi. Bildirdi ki, artıq bu işdə təqsiri olan 3 nəfər həbs olunub”.

Əsgər atası onu da bildirib ki, ədalətli, düzgün istintaqın aparılmasına, hadisələrdə təqsiri olanların haqqında qanuni tədbirlərin görüləcəyinə inanır: “Hadisənin siyasiləşdirilməsinin isə qəti əleyhinəyəm”.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov əsgər Fəhmin Əbilovun ölüm faktı ilə əlaqədar atası Akif Əbilovun avqustun 13-də Baş prokuror Zakir Qaralov tərəfindən qəbul edildiyini trend-ə təsdiqləyərək əlavə olaraq bildirib ki, hazırda cinayət işi üzrə Respublika Hərbi Prokurorluğunda zəruri istintaq tədbirləri davam etdirilir və yaxın günlərdə istintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər