Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu

Sumqayıtda “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” hesabat-konfransı keçirildi

Baxılıb: 2271     Tarix: 11-08-2018 19:42   
Sumqayıtda “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə”  hesabat-konfransı keçirildi


Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram Teatrında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı İlə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Sumqayıt şəhəri üzrə həyata keçiriləcək Tədbirlər Planının icrasına həsr edilmiş hesabat-konfransı keçirildi. Konfransda şəhərin müxtəlif sahələrini təmsil edən 120-yə yaxın gənc iştirak etmişdir.

Sumqayitfakt.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov əsası Ümummili Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, Gənclər və İdman Nazirliyi və şəhər rəhbərliyinin gənc nəslə göstərdiyi diqqət və qayğıdan, Respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmışdır.Daha sonra şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov gəncləri 12 Avqust “Beynəlxalq Gənclər Günü” münasibətilə təbrik etmiş və gələcək fəaliyyətlərində uğurlar dilədi. Natiq qeyd etdi ki, gənclik böyük qüvvədir və müstəqilliyimizin qorunub saxlanılmasının, gələcəyimizin qarantıdır. Ölkəmizdə gəncliyin inkişafı, gənclərin dünya birliyinə inteqrasiyası və bu istiqamətdə əhəmiyyətli tədbirlərin keçirilməsi dövlət siyasətinin prioritetlərindəndir. Ümummilli Lider hər bir sahəyə qayğı ilə yanaşdığı kimi, gənclərin gələcəyi naminə onlara xüsusi diqqət göstərib.
Azərbaycanın parlaq gələcəyi yalnız savadlı, bilikli, intellektual səviyyəsi yüksək olan gənclərdən asılıdır. Bu gün ölkəmizdə bütün yönlərdə – hərbi, təhsil, siyasi, iqtisadi və digər sahələrdə təmsil olunan gənclərin, onların qazandığı uğurlar, nailiyyətlər Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Bu gün qürurla demək olar ki, milli mənəvi dəyərlərimizi qoruyub yaşadan müasir Azərbaycan gəncləri müstəqil dövlətimizin bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətlərində yüksək vətəndaşlıq hisslərinə malik olduqlarını nümayiş etdirirlər.

Daha sonra çıxış edənlər Baş İdarənin Gənclərlə iş sektorunun müdürü Ceyhun Hüseynov, 700 bal toplayaraq ali məktəbə qəbul olmuş gənc Cahan Haşımzadə, Yeni Azərbaycan Partiyası şəhər təşkilatının üzvü Gülşən Rüstəmova, Sumqayıt Regional “Asan” Xidmət Mərkəzinin könüllülər üzrə nümayəndəsi Teymur Hacıyev, Sumqayıt Gənclər Evinin direktoru Pəri Vəliyeva, Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov Azərbaycanda həyata keçirilən gənclər siyasətindən, dövlət qayğısından, gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin uğurlu iştirakından danışmışlar. Dövlət orqanlarının diqqətini gənclərlə bağlı problemlərə yönəltmək məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusilə vurğulandı. Qeyd etdilər ki, ulu öndər Heydər Əliyevin sərəncamı ilə 2 fevral tarixi 1997-ci ildən Azərbaycan Gəncləri Günü kimi dövlət səviyyəsində qeyd olunur. Belə bir gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda təsis olunub.

Sonda onlara verilən dəstəyə, göstərilən etimada və ölkə gənclərinin beynəlxalq gənclər hərəkatına inteqrasiyası üçün yaradılan şəraitə görə ölkə Başçısına, Gənclər və İdman Nazirliynə və şəhər rəhbərliyinə minnətdar olduqlarını söylədilər.














Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər