Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu

ABŞ kəşfiyyatı ŞOKDA: səfirlikdə 10 ildən artıq çalışan işçi rus cəsusu çıxdı

Baxılıb: 2202     Tarix: 03-08-2018 14:13   
ABŞ kəşfiyyatı ŞOKDA: səfirlikdə 10 ildən artıq çalışan işçi rus cəsusu çıxdı


ABŞ kəşfiyyat orqanları Moskvadakı ABŞ səfirliyində rus cəsus aşkarlayıb.

Bu barədə "The Guardian" nəşri yazıb.

Məlumatda qeyd olunur ki, Rusiya Kəşfiyyatına xidmət edən bir cəsus qadın 10 ildən artıq səfirlikdə çalışıb və qurumun internet və e-mail hesablarına girişə sahib olub. Bu isə prezidentin və vitse-prezidentin proqramlarına dair ən məxfi məlumatlardan xəbərdar olmaq deməkdir.

Bildirilir ki, 2016-cı ildə ABŞ Dövlət Departamentinin Regional Təhlükəsizlik İdarəsinin (RSO) 2 müstəntiqi tərəfindən aparılan yoxlamalar zamanı qadından şübhələnilib və onun bu illər ərzində FSB ilə müntəzəm əlaqədə olduğu öyrənilib. Lakin ABŞ Dövlət Departamentinin Regional Təhlükəsizlik İdarəsi (RSO) 2017-ci ilin yanvarında həyəcan siqnalı versə də, Gizli Servis öz nüfuzuna xələl gəlməməsi üçün geniş miqyaslı araşdırma başlatmayıb.

Mənbənin "The Guardian"a verdiyi informasiyaya görə, həmin qadın ötən ilin yayında işdən çıxarılıb. Onun işdən çıxarılması Vaşinqtonun Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinin ardından Kremlin Moskvadakı ABŞ səfirliyinin işçilərinin sayını azaltma barədə tələbindən sonra olub.

Mənbə Gizli Servisin bu məlumatı ciddi cəhdlə gizlətmək istədiyini vurğulayıb.

"Çünki bir səfirlikdə rus cəsusun olduğunun aşkara çıxması dünyanın müxtəlif ölkələrindəki ABŞ səfirliklərinin təhlükəsizliyini təmin edən Gizli Servisin imicinə böyük zərbə vura bilər", - deyə o, bildirib.

"The Guardian" şübhəlinin kimliyinin onlara bəlli olduğunu, lakin müəyyən səbəblərdən adını açıqlamadıqlarını qeyd edib.

Gizli Servisdən isə informasiyanın həqiqətə uyğun olmadığı və heç bir səfirlikdə xarici ölkə vətəndaşlarının milli təhlükəsizliyə aid informasiyalardan istifadə edilməsinə icazə verilmədiyi bildirilib. Gizli Servisin rəsmi saytında yayımlanan bir məlumatda isə anonim mənbəyə istinad edildiyindən "The Guardian"ın xəbərinin əsassız hesab edildiyi qeyd olunub./qaynarinfo

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər