Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu

Mehman Şükürovun rəhbərliyi ilə müşavirə keçirilib - FOTOLAR

Baxılıb: 2414     Tarix: 01-08-2018 21:21   
Mehman Şükürovun rəhbərliyi ilə müşavirə keçirilib - FOTOLAR


Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürovun rəhbərliyi ilə müşavirə keçirilib.

Sumqayitfakt.Az-ın verdiyi xəbərə görə, Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçiriləcək "Bölgələrdən bölgələrə" Yaradıcılıq Festivalının Sumqayıt şəhərində təşkilinə həsr olunmiuş müşavirədə idarə rəisi Mehman Şükürov çıxış edib.

O, 4 avqust tarixində gerçəkləşəcək festivalın təşkilati işləri və kütləvi informasiya vasitərində işıqlandırılması, eləcə də reklam çarxlarının hazırlanaraq yayımlanması ilə bağlı fikirlərini bildirb, tapşırıqlarını verib. İdarə rəisi bildirib ki, festival şəhərdə əsl mədəniyyət bayramına çevrilməli, yüksək zövqlə təşkil olunmalıdır.

Daha sonra festivalda Sumqayıt Regional Mədəniyyət idarəsini təmsil edəcək kollektivlər müəyyən olunub, müəssisə rəhbərlərinə ciddi tapşırıqlar verilib.

Qeyd edək ki, Sumqayıt şəhər bulvarında keçiriləcək festivalda Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin – Sumqayıt, Gəncə, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Lənkəran, Masallı və Biləsuvar regional mədəniyyət idarələrinin festival çadırları qurulacaq, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin satış-sərgisi keçiriləcək.

Müşavirədə qeyd olunub ki, layihənin əsas məqsədi çoxminillik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, eləcə də respublikamızda regionlararası mübadiləni gücləndirməkdir.







Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər