Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu

Daha 3 məmur işdən çıxarıldı: yeni təyinatlar

Baxılıb: 3129     Tarix: 23-06-2018 10:58   
Daha 3 məmur işdən çıxarıldı: yeni təyinatlar


Yasamal Rayon İcra Hakimiyyətinin iki şöbə müdiri və icra başçısının köməkçisi işdən çıxarılıb.

İcra başçısı Əziz Əzizovun imzaladığı əmrə əsasən, rayon təsərrüfatı şöbəsinin müdiri Şahin Məmmədov, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nemət Əfəndiyev vəzifədən azad olunublar.

Digər əmrlə Seyran Həsənov rayon təsərrüfatı şöbəsinin müdiri, Elnurə Mansurova isə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin ediliblər.

Ə.Əzizov bir müddət əvvəl özünə köməkçi təyin etdiyi Fəxrəddin Məmmədovu da işdən çıxarıb. Həmin vəzifəyə Murad Ağayev gətirilib. M.Ağayev əvvəllər Hüquq şöbəsinin məsləhətçisi vəzifəsində çalışıb.

Bir neçə gün öncə, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin edilən Rüfət Mərdanovun vəzifəsi dəyişdirilib. İcra başçısı onu İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə keçirib. Əvvəllər həmin şöbənin müdiri olmuş Zöhrab Cəfərov isə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə müdir təyin olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci ilin iyulun 1-də Yasamal RİH-nin başçısı İbrahim Mehdiyevin vəzifədən azad olunması haqqında sərəncam imzalayıb.

Dövlət başçısının bu ilin fevralın 2-də imzaladığı sərəncamla Əziz Əzizov Yasamal RİH-in başçısı vəzifəsinə təyin edilib. O, həmin təyinata qədər Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb./report

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər