Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu

Ədalətsizliyi aradan qaldırmaq istəyiriksə... - Əli Əhmədov

Baxılıb: 278     Tarix: 20-06-2018 18:02   
 Ədalətsizliyi aradan qaldırmaq istəyiriksə...
"Qaçqın və məcburi köçkün probleminin olması dünyada ədalətin pozulması deməkdir".

Bunu baş nazirin müavini Əli Əhmədov Ümumdünya Qaçqınlar günü ilə bağlı tədbirdə deyib.

O bildirib ki, 30 il bundan əvvəl Azərbaycanın həyatını kökündən dəyişən qaçqınlıq və məcburi köçkünlük problemi indi bütün dünyada var: "Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün var. Dünyada isə hazırda qaçqınların sayı 68 milyondan çoxdur. Azərbaycanın yaşadığı ağrılara lazımi diqqətin olmaması səbəbindən bu problem indi bütün dünyanı silkələməyə qadir problemə çevrilib"

Ə.Əhmədov qeyd edib ki, Azərbaycanda hər on nəfərdən biri məcburi köçkün və qaçqın vəziyyətindədir: "Azərbaycandakı problemin ağırlığı dünyadakı vəziyyətdən ağırdır".

Onun sözlərinə görə, bu gün dünyada ayrı-ayrı dövlətlər qaçqınlar probleminin həll olunması üçün yardımlar göstərirlər: "Dünyanın bütün beynəlxalq qurumlarının diqqət və qayğısı ondan ibarət olmalıdır ki, qaçqınlığı yaradan səbəbi aradan qaldırılsın".

Baş nazirin müavini bildirib ki, qaçqının həyatı yaxşı ola bilməz, onun yaşayış şəraiti düzələ bilər, amma qaçqınlıq qaçqınlıqdır, nə qədər o öz evi qayıtmayıb, ömrünün sonuna qədər mənəvi acını çəkəcək: "İndi hamını düşündürməlidir ki, qaçqınlıq daimi yaşayışa çevrilməsin. Əgər biz həqiqətən ədalətsizliyi aradan qaldırmaq istəyiriksə, daha ciddi tədbirlər görməliyik. Əks halda bütün dünyada bu problemlər dərinləşəcək. İnanıram ki, gələcəkdə beynəlxalq ictimaiyyət daha ciddi addımlar atacaq".moderator.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər