Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu

Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilib- FOTOLAR

Baxılıb: 3239     Tarix: 16-06-2018 19:06   
Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilib- FOTOLAR


Sumqayıt Regioanl Mədəniyyət idarəsinin tabe müəssisələrində Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilib


Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzində
"Qurtuluşun mübarək" adlı konsert keçirilib. Konsertdə Təranə Nurlu, Pənah Məmmədli, Asəf Abdullayev, Vasif Nəsirli, İbrahim Fərzəliyevin ifasında mahnılar dinlənilib. İlluziyaçı Fərhad Dadaşovun illuziya nömrələri, "Şərq amazonkaları+Modern Qafqaz" rəqs qrupunun çıxışı, "Dəcəllər" rəqs qrupunun "Qarabağ inciləri" kompozisiyası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
C.Cabbarlı adına mədəniyyət evinin
özfəaliyyət kollektivi "N" saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib. Konsertdə mədəniyyət evinin solistləri Anar Vəliyev, Pənah Məmmədli və Ceyhun Elman oglunun ifasında mahnılar dinlənilib, “Turan”milli rəqs qrupunun ifasında Azərbaycan rəqsləri izlənilib. Sonda C.Cabbarlı adına mədəniyyət evinin direktoru Aygün Qəhrəmanovaya hərbi hissə komandanlığı tərəfindən fəxri fərman təqdim olunub.

Corat qəsəbə mədəniyyət evinin
kollektivi də “N” saylı hərbi hissəsdə konsert proqramı ilə çıxış edib. Konsertdə “Karvan” xalq çalğı alətləri ansamblının müşayiəti ilə Təranə Hüseynova, Elbrus Abbasov, Araz Sailov, Əlövsət Hacıyev, Mədinə Mühiddinqızının ifasında xalq və bəstəkar mahnıları əsgər və zabit heyəti tərəfindən alqışlarla qarşılanıb.
F.Əmirov adına uşaq musiqi məktəbində keçirilən tədbirdə xor kollektivinin ifası dinlənilib. Şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub. Vətənpərlik nümunələri ilə bağlı ifa olunan şeir və mahnılar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Şuşa rayon Bülbülcan adına uşaq musiqi məktəbi Şağan Mədəniyyət mərkəzində bayram konserti keçirib.Tədbirdə məktəbin müəllim və şagird kollektivi, valideynlər və qonaqlar iştirak ediblər. Tədbirdə həmçinin, ümummilli lider Heydər Əliyev haqqında film nümayiş olunub, şagirdlərin ifasında şeirlər dinlənilib. Sonda məktəbin direktoru Raqif Məhərrəmov fərqlənən şagirdləri diplomlarla təltif edib.

Sumqayitfakt.Az












Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər