Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu

"Qarabağ şeirlə qayıtmaz, qardaş!"-Ədalət İzzətoğlu -ŞEİRLƏR

Baxılıb: 13 448     Tarix: 03-06-2018 23:14   
"Qarabağ şeirlə qayıtmaz, qardaş!"-Ədalət İzzətoğlu

Sumqayitfakt.Az ixtisasca hüquqşünas olan Ədalət İzzətoğlunun (Qafarov) şeirlərini nöqtə-vergülünə toxunmadan təqdim edir:

ŞAİR DEYİLƏM Kİ...


Mən şair deyiləm ki,
Ordan, burdan yazıram.
Ruhuma çox söz gəlir,
Mindən birin yazıram.
***
Şairlik iddiam yox,
Şairlər həyatda çox,
Yazmağa bir söz də yox,
Mindən birin yazıram.
***
Oxuyub qardaş sözün,
İçimdə yanan közün,
Yarımçıq qalan sözün,
Mindən birin yazıram.
***
Ədalətəm anıram,
Yurd oduna yanıram,
Vətənimə söz qoşub,
Mindən birin yazıram.


O Ğ L U M A

Vətən, yurdum işğal olub,
Dözmür artıq məndə ürək.
Qeyrətinə qurban olum,
Qoyma qala, darda Oğul!
***
Vətənimə girib düşmən,
Əsirlikdə qalıb Obam.
O yurdumda yanmır sobam,
Qoyma qala, darda Oğul!
***
Qoçalıram, illər ötür,
Yurd həsrəti üzüb məni.
Həyat keçir kələ-kötür,
Qoyma qala, darda Oğul!
***
Ədalətəm, ömür bitir,
Dağlarımdan soraq gətir.
Ömrümüzə olsun çətir,
Qoyma qala, darda Oğul!


Ş Ə H İ D L Ə R

Düşmən atəşinə sinəsin verib,
Başını əymədi, İgid Şəhidlər.
Vətənin yolunda canların verib,
Tarixə adların yazdı Şəhidlər.
***
Ağlama, ay bacım, ağlama, Anam,
Namusu, qeyrəti çəkidi Şəhidlər.
Vətənin yolunda canından keçib,
Hamının halına yandı Şəhidlər.
***
Qalxıbdı göylərə, ana naləsi,
Başında fikir var, çoxlu həvəsi...
Görmək istəyirdi oğul nəvəsi,
Ümüdlər içində köçdü Şəhidlər.
***
Dağlayır qəlbini, oğul yarası,
Göz yaşı axıdır ciyərparası,
Sirrini verməyib hələ heç kimə,
Aparıb özüylə, nakəm Şəhidlər.
***
Analar məzarı qucaqlayırlar,
Gecələr yatmayır, sayaqlayırlar,
Övladın keçmişin varaqlayıllar,
Vətənin yolunda köçdü Şəhidlər.
***
Ədalət, dözürsən qəmlər içində,
Göz yaşı tökməyək ellər içində.
Cəzasını verək, o düşmənlərin
İntizarda qalmasın, İgid Şəhidlər.

VƏTƏN HƏSRƏTİ


Hönkürüb-ağlamaq keçir içimdən,
Qəlbimi ağrıdır vətən yanğısı.
Didərgin olmuşam ellər içində,
Canıma od salıb yurdun yanğısı,
***
Məcununtək yurda divanə olub,
Salmışam çöllərə şair qəlbimi.
Bu ürək üzülüb, saralıb-solub,
Ağrıdır, sızladır həsrət qəlbimi.
***
Leylinin eşqinə yanan şam kimi.
Əriyib töküldüm mən dəryalara,
Ürəyimə dərd salıb yaralı etdin,
Dözməyir ürəyim, ahu-vaylara
***
Bağlıdır o yurda gedən yollarım,
Dözməyir bu ürək, partlayır, vallah!
Açılmır hələ də yurda yollarım,
Nə qədər dözəcəm görəsən, Allah.
***
Toylarda oxuyub çapan çalmağa,
Bu həvəs qalmayıb mənim içimdə
Ömür taleyimə gedən yollarım,
Bağlanıb, qalmışam zindan içində.
***
Köçkünəm, qaçqınam, ellər içində,
Ey dünya sən məni haralı etdin?
Parça-parça, dilim-dilim olmuşam,
Yandırıb bu qəlbi yaralı etdin.
***
Qalxıbdı göylərə yanan bu ahım,
Dünyanın malında yoxdu tamahım.
Ya Rəbbim, o yurdu sən mənə qaytar,
Onlarsız hər günüm qaranlıq olar.
***
Yurdumda yağılar tikib saraylar.
Ədalət dözməyir cəngi haraylar.
Qalmasın o yurdlar qarı düşmənə,
Bircə gün keçməsin gəlməsin aylar.

GƏLƏCƏM YENƏ

Dözümlü insanam, dözürəm hələ,
Qəlbimdən qan axır, dönübdür selə.
Qalmışam intizar, dən düşüb telə,
Darıxma, ay yurdum, gələcəm yenə.
***
O yurdum mənimçün ürək, dalaxdı,
Ayrı düşdüm, gözlərimdən qan axdı.
Qollarım qoynumda qalıb nə vaxtdı,
Darıxma, ay yurdum, gələcəm yenə.
***
Acı göz yaşlarım dönübdür selə,
Hamısın toplasaq, dönər bir gölə.
Düşmüşəm həyatda qaynar bir çölə,
Darıxma, ay yurdum, gələcəm yenə.
***
Qartal zirvələrdən uçub gələrəm,
Düşmənin izini yurddan silərəm.
Sevinc göz yaşımı yurda ələrəm,
Darıxma, ay yurdum, gələcəm yenə.
***
Ədalət dözməyir keçən günlərə,
Hər ötən aylara, keçən illərə,
Dərdliyəm, yazıram, düşdüm dillərə,
Darıxma, ay yurdum, gələcəm yenə.

PAY-QİSMƏTİM BELƏYMİŞ…

Bilmirəm, ağardı saçlarım nədən,
Taleyin yazısı, yəqin, beləymiş…
Ömrüm keçdi qəm-qüssəli illərdən,
Mənə düşən pay-qismətim beləymiş.
***
Həyat məni yaman sıxdı, ay dostlar,
Yalan, böhtan danışmadım kimsəyə.
Gənc yaşımda haqsızlıqla üzləşdim,
Dərd-sərimi mən demədim kimsəyə.
***
Dağlar aşdım, yurd itirdim Vətəndə,
Yollar keçdim mən şaxtada, boz çəndə,
Fələk çəkməz bu dərdləri ölçəndə,
Mənə düşən pay-qismətim beləymiş.
***
Qəm, kədərli günlər gəlib üstümə,
Elə bil ki, fələk durub qəsdimə,
İllər keçir, dözəmmirəm tüstümə.,
Mənə düşən pay- qismətim beləymiş.
***
Tanrı ömrü qismətimdə bir paydı,
Gündüzlərim gecələrə bir taydı.
Qara qanlar ürəyimdə bir çaydı,
Mənə düşən pay-qismətim beləymiş.
***
Bilmirəm, ağardı saçlarım nədən,
Taleyin yazısı, yəqin, beləymiş.
Ömrüm keçdi qəm-qssəli illərdən,
Mənə düşən pay-qismətim beləymiş.


YOL BOYU

Yolum uzaqdır, fikrimdə gör nələr...
Maşın da şütüyür hey yollar boyu.
Uzaqdan görsənir qarlı zirvələr,
Sızlayır bu qəlbim həmin yol boyu.
***
Çən-duman dağları gizlədir hərdən,
Ürəyim dözməyir həsrət kədərdən.
Gedirəm, yollarım bağlanır birdən,
Sızlayır bu qəlbim yenə yol boyu.
***
Çatmadım dağlara yollar bağlıdır,
Gör neçə adamın qəlbi dağlıdır.
Ürəyim dözməyir, çatlayır vallah.
Sızlayır bu qəlbim yenə yol boyu.
***
Möhkəm sür maşını, şofer qardaşım,
Həsrətə dözməyir ağrıyır başım.
Vətən hissim var, düşmən savaşım,
Sızlayır bu qəlbim yenə yol boyu.
***
O bağlı yollarım açılaydı kaş,
Ədalət yurduna gedəydi birbaş.
Yurdumu gözümlə görəydim, qardaş,
Sızlayır bu qəlbim yenə yol boyu.


ÇALINSIN VƏTƏNDƏ, QƏLƏBƏ MARŞI!!!


Neçə illərdir ki, yurdsuz qalmışıq,
Həsrətli günləri yada salmışıq,
Qələbə sevincin yaşamamışıq,
Çalınsın yurdumda, Qələbə Marşı.
***
Gül-çiçəkdi yurdumun hər qarışı,
Yurdsuz keçinməyək yenə bu qışı,
Axıtsın yurdumuz, sevinc göz yaşı,
Çalınsın yurdumda, Qələbə Marşı.
***
Qələbə Marşıyla qurtaraq ayı,
Düşmənə göstərək , lazımı payı...
Qələbə Gününün olmaz heç tayı.
Çalınsın Vətəndə, Qələbə Marşı!
***
Alınsın yurdumun hər bir qarışı
Yağsın yurdumuza, o nur yağışı
Deyirəm hamıya mən bu çağrışı
Vətəndə çalınsın, Qələbə Marşı!
***
Ədalət, yurdumuz alınaydı, kaş
Gedəydik yurdlara dostlarla birbaş
Düşmənin başına düşəydi sal daş
Vətəndə çalınsın, Qələbə Marşı!



QARABAĞ ŞEİRLƏ QAYITMAZ, QARDAŞ!

Vətənin torpağın bölən deyiləm,
Düşmənlər kimdi ki, ona əyiləm?!
Torpağı qoruyub sinəmi verrəm,
Qarabağ şeirlə qayıtmaz, qardaş!
***
Sinəmə alsam da mən telli sazı,
Çalsam da heyratı, çatmır avazı.
Min dəfə yazsam da verməz o nazı,
Qarabağ şeirlə qayıtmaz, qardaş!
***
Qələbə marşının yoxdur əvəzi,
Vətən Anamızdır, çəkməz tərəzi.
Suyu buz kimiydi, könlün pəhrizi,
Qarabağ şeirlə qayıtmaz, qardaş!
***
Oxuyub şeirimi əllər çalarsan,
Sözümə söz qoşsan, yolda qalarsan.
Yurdunu unutsan çöldə qalarsan,
Qarabağ şeirlə qayıtmaz, qardaş!
***
Ağlama, sızlama, biz ərənlərik,
Koroğlu, Babəkik, Vətəndə nərik,
Ədalət sözlüyük, Vətənpərvərik,
Qarabağ şeirlə qayıtmaz, qardaş!


GEDIM HARA?

Anam dağlar, canım dağlar,
Ürək açmaz, solar bağlar.
Ayrı qalmaz, könlüm ağlar,
Dərd əlindən gedim hara?
***
Düşmənimiz kəsir yolu,
Yağır yağış, tökür dolu,
Araz bölür, sağı, solu,
Dərd əlindən gedim hara?
***
Dağlar, yaman kövrəlmişəm,
Yurd dərdindən üzülmüşəm,
Qəm-qassəyə bürünmüşəm,
Dərd əlindən gedim hara?
***
Təbrizimin başı duman,
Bakımızın halı yaman,
Ayırıbdır bizi zaman,
Dərd əlindən gedim hara?
***
Ədalətə sən et kömək,
Biz birləşək, bütövləşək
Çatlayacaq, dözmür ürək,
Dərd əlindən gedim hara?

UNUDA BİLMİRƏM

Nə qədər yazsam da, əlim yorulmur,
Şəninə söz desəm, dilim yorulmur,
O yerlər cənnətdi, gəzən yorulmur,
Unuda bilmirəm mən səni, ellər.
***
Xəzərin suları coşur, durulmur,
Fikrlər başımda daşır, qurulmur
Yatmıram gecələr, gözüm yumulmur,
Unuda bilmirəm mən səni, ellər.
***
Bülbül həsrət ilə, oxuyur hərdən
Düşündüm, oxuyur görəsən nədən?
Bəlkə ayrı düşüb, o da Vətəndən,
Unuda bilmirəm mən səni, ellər.
***
Elə oxumaqla ürəyimə toxundun.
Vətən adlı həsrətimə toxundun.
Aylar keçdi, illərimə toxundun,
Unuda bilmirəm mən səni, ellər.
***
Ədalət, bu zülmə dözüb, yorulma.
Getdiyin bu yoldan bezib, burulma,
Baş əymə düşmənə, heç vaxt vurulma,
Unuda bilmirəm mən səni, ellər.

O GÖZƏLƏ

Bir gözəl ağlımı başımdan alıb,
Aparmaq istədi, aman, ay Allah!
Bir baxışla eşqin oduna salıb,
Yandırdı qəlbimi, aman, ay Allah!
***
Bir cüt hörükləri sallayıb gedir,
Nazlanır qarşımda, bir ceyran gedir,
Elə bil, bu naz da qəsdimə gedir,
Yandırdı qəlbimi, aman, ay Allah!
***
Qaş üstə xalı var, oxşayır aya,
Hörüklər hörülüb, bənzəyir çaya,
Gözəlliyi çoxdur, gəlməyir saya,
Yandırdı qəlbimi, aman, ay Allah!
***
İstədim dindirim, dinə bilmədim,
Nitqim də tutuldu nədən, ay Allah!
Lal olub, sözümü deyə bilmədim,
Yandırdı qəlbimi, aman, ay Allah!

TURAN HARAYI

Bir nağıl həyatı yaşayıram mən,
Tarixi qələmə alıram hər an.
Kiminə nağldır, kiminə ağıl,
Ətri var Vətənin, şeirlərimdə.
Bir günəş doğacaq,
dünyamıza nur saçacaq,
al şəfəqə boyanacaq,
dövran belə qalmayacaq.
Gəl yapış əllərimdən.
Söhbət aç ellərimdən,
Mən bir haray çəkirəm,
Bu Türkün harayıdı.
Vətənim parçalanıb,
Bu torpaq yaralıdır...
Arazla bölünüb ara,
Bu Vətən paralıdır...
Həm o taylı,
həm bu taylı,
bu, Vətən harayıdır!.
Bu, Turan harayıdır!
Bu, ruhumun harayıdr!


Ədalət İzzətoğlu


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər