Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Ən çox oxunanlar
Sorğu

Bir həftə ərzində çörək yeməsəniz bədəninizdə nə baş verər?

Baxılıb: 3168     Tarix: 31-05-2018 11:55   
Bir həftə ərzində çörək yeməsəniz bədəninizdə nə baş verər?
Çörək bəşəriyyətin ən dəyərli icadlarından biri sayılır.
O da həqiqətdir ki, karbohidratlar bu gün həyatımızın ən zərərli məhsullarındandır. Pəhriz saxlayan insanların ondan imtina etməsi çox çətindir.

Sumqayitfakt.Az publika.az-a istinadən, oxucuları bir həftə ərzində çörəyi həyatından tamamilə çıxaran Cina Florio adlı qadının orqanizmində baş verən dəyişikliklərlə tanış edir:

Cina Florio adlı qadın çörəyi həyatından tamamilə çıxarmağa qərar verir və bir həftəlik sınaq prosesi ilə çörək pəhrizinə başlayır.

Gənc qadın pəhrizin ilk vaxtlarında xüsusilə səhər yeməyi ilə günorta saatları arasında kəskin aclıq hiss edib. O, çörəyin üstünə yaxdığı avokado əzməsini isə menyudan tamamilə çıxartmaq məcburiyyətində qalır.

Pəhrizin sonrakı günlərində idman edərkən və idmandan sonra da özünü çox yorğun hiss etdiyini dilə gətirən Cina, karbohidrat çatışmazlığı ucbatından bədəninin zəiflədiyini qeyd edib. Bu səbəbdən bazar günü qaçışlarını da təxirə salıb.

Cina bildirib ki, çörəyi menyudan çıxartsa da, əvəzində tez-tez şirniyyat yeyib. Beləliklə də daha çox kalori qəbul etməyə başlayıb.

Bir həftə sonra qadın qətiyyən arıqlamadığını, əksinə kökəldiyini görüb. Cinaya görə, arıqlaya bilməməsinin iki səbəbi var. Birincisi, pəhrizi yalnız bir həftə ərzində davam etdirə bilib, ikincisi isə, karbohidratı menyudan tamamilə çıxarda bilməyib. Çörəyi həyatından çıxarsa da, o, kartof və şirniyyat kimi karbonatlı məhsulları yeməyə davam edib.

Cina çörək pəhrizi təcrübəsilə bağlı bunları deyib:

"Təcrübənin sonunda anladım ki, çörəyi həyatımdan çıxarmağa dəyməz. Sözsüz ki, hər gün çörək yeməyi təbliğ etmirəm. Mənə müsbət təsir edən qida sizə zərər verə bilər. Amma yaxın zamanda çörəkdən imtina etməyi düşünmürəm. Dadı gözəldir, mənə enerji verir və bədənim hələ ondan ayrı yaşamağa hələ hazır deyil".


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər