Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Ən çox oxunanlar
Sorğu

“Mənə kömək edin, ömrümə az qalıb” - Xalq artistinin bacısı yalvardı

Baxılıb: 3149     Tarix: 25-05-2018 12:10   
“Mənə kömək edin, ömrümə az qalıb” - Xalq artistinin bacısı yalvardı


Mərhum xalq artisti, tanınmış bəstəkar Şəfiqə Axundovanın bacısı Nəhayət Axundova ağır vəziyyətdədir. O, bacısının adının əbədiləşməsi üçün kömək istəyib.

Sumqayitfakt.Az
xəbər verir ki, yenicag.az-a danışan N. Axundova əlaqədar qurumlara müraciət edib.

"Bacım Şərqdə ilk qadın bəstəkardır ki, opera yazıb. Üzeyir Hacıbəyli kimi dahinin tələbəsi olub. Heydər Əliyev onun yaradıcılığını yüksək qiymətləndirib, bütün mükafatlarla təltif edib. Şəfiqənin doğulub, boya-başa çatdığı Şəki şəhərində adının əbədiləşdirilməsini, ev muzeyinin yaradılmasını istəyirəm.

Gələn il bacımın 95, vəfatının da 4 illiyidir. Arzumdur ki, onun adı əbədiləşsin. Heç olmasa doğulduğu Şəkidə adına muzey yaradılsın. Atamızın evində indi başqa adamlar yaşayır. Onlar da pul müqabilində evdən çıxmağa razıdır. Həmin evi alıb, muzey etmək lazımdır. O ev tarixi məkanda yerləşir. Şəkiyə gedən turistlər oranı gözəl tanıyır. İstərdim ki, həmin ev alınıb, muzey kimi fəaliyyət göstərsin. Gənc nəsil gəlib musiqiləri, yaradıcılığı ilə tanış olsun. Yetişən nəsil bilsin ki, belə bir bəstəkar yaşayıb".

N.Axundova dəfələrlə Mədəniyyət Nazirliyinə müraciət etdiyini deyib:

"Nazirliyə dəfələrlə müraciət etdim, çox böyük hörmətsizlik gördüm. Hər dəfə cavab yazırlar ki, imkanımız yoxdur. Yaşım çoxdur, onkoloji xəstəyəm, ömrümə az qalıb. O günü görmədən dünyamı dəyişmək istəmirəm. Bəstəkarlar İttifaqına, Şəki İcra Hakimiyyətinə də müraciət etmişəm".

Qeyd edək ki, xalq aristinin bacısı məsələ ilə bağlı 29.01.2018-ci il tarixində Yeniçag.az saytına açıqlama verib. Məsələyə reaksiya verən Mədəniyyət Nazirliyinin rəsmiləri N.Axundova ilə görüşərək, ev muzeyinin yaradılmasının imkanları xaricində olduğunu bildiriblər. Əvəzində bəstəkarın adına Şəki Muzeyində guşə yaradılmasını təklif ediblər. Xalq artistinin bacısı belə bir guşənin 10 il əvvəl yarandığını bildirib.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər