Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə tədbirlər keçirilir

Baxılıb: 2400     Tarix: 25-05-2018 09:46   
 Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə tədbirlər keçirilir


Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilir

Xızı rayon İcra Hakimiyyətinin dəstəyi və Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin təşkilatçılığı ilə Heydər Əliyev keçirilən tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib. Sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinin F.Əmirov adına uşaq musiqi məktəbinin müəllimlərdən ibarət “Buta” qızlar ansamblı konsert proqramı ilə çıxış edib. Azərbaycan xalq və bəstəkar mahnıarı, instrumental musiqilərdən ibarət konsert proqramı rayon rəhbərliyi və ictimaiyyəti tərəfindən alqışlarla qarşılanıb.

Sumqayıt Dövlət Rəsm Qalereyasında “Art-Festival” keçirilib. Festival Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt Dövlət Rəsm Qalereyasının, Sumqayıt İdman və Gənclər Baş idarəsinin, S.Vurğun adına Mərkəzi Kitabxana və uşaq şğbəsinin, Mədəniyyət işçiləri Həmkarlar İttifaqının Sumqayıt şəhər Komitəsinin, Şəhər Mədəniyyət evinin, C.Cabbarlı adına Mədəniyyət evinin və Novxanı Sənətkarlıq Klubunun birgə təşilatçılığı ilə ərsəyə gəlib. Festivalı keçirməkdə əsas məqsəd rəssamların əl işlərinin nümayişi, canlı performans, dekorativ sənət nümunələrinin nümayişini şəhər ictimaiyyətinə çatdırmaqdır. Tədbirdə 32 ədəd rəsm əsəri və 50 ədəd dekorativ tətbiqi işləri və Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ədəbiyyatları əks etdirən kitab sərgisi nümayiş olunub. Festivalda rəssam Nəsibə Şükürovanın canlı performansı, Səhər Mədəniyyət evinin solistləri Mehman Əhmədov, Pərviz Hüseynov, Ksenya Məmmədova, Zaur Kərimov, Natiq Ayxanın ifasında mahnılar, “Narbala” kukla teatrının “Dovşanın evi” tamaşası, S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində fəaliyyət göstərən Sabir Sarvan adına Uşaq Poeziya klubunun üzvlərinin ifasında səhnələşdirilmiş tamaşa, C.Cabbarlı adına Mədəniyyət evinin “Turan” rəqs qurupunun ifasında milli rəqslərimiz maraqla qarşılanıb. Tədbirdə AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Qubadlı bölməsinin sədri Namiq Məna, şair Əşrəf Veysəlli, Rafiq Yusifoğlu çıxış ediblər. Festivalda Novxanı sənətkarlıq klubunun rəssamlıq dərnəyinin üzvləri və “Canlanır hər qarış çöl Sumqayıtda” adlı plenerdə iştirak edən gənc rəssamlar fəxri fərmanla təltif olunub.

Sumqayitfakt.Az














Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər