Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu

Azərbaycanda məktəb direktorunu həbs etdirmək üçün MÜDHİŞ PLAN - TƏFƏRRÜAT

Baxılıb: 4185     Tarix: 24-05-2018 12:59   
Azərbaycanda məktəb direktorunu həbs etdirmək üçün MÜDHİŞ PLAN - TƏFƏRRÜAT
Ağdam rayonunda məktəb direktorunun evinin həyətində silah-sursat basdıran şəxslərlə bağlı maraqlı məlumatlar üzə çıxıb. Sumqayitfakt.Az xəbər verir ki, bu il fevralın 9-da Dövlət Təhlükəsizliyi Xidməti və Ağdam Rayon Polis Şöbəsi daxil olmuş əməliyyat məlumatı əsasında birgə əməliyyat-axtarış tədbirləri həyata keçirib və 1-ci Yüzbaşlı kənd sakini, həmin kənddəki məktəbin direktoru Polad Zeynalova məxsus həyətyanı sahəyə baxış keçirilib. Bu zaman oradan 2 ədəd - “İJ” və “TOZ-8” markalı tüfənglər, 1 ədəd “Naqan” markalı tapança, 2 ədəd “F-1” qumbarası, 1 ədəd mərmi, 3 ədəd avtomat patron darağı və 18 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Aparılan araşdırmalar zamanı əməliyyat məlumatının hüquq-mühafizə orqanlarına qəsdən ötürüldüyü, silah-sursatın Polad Zeynalova məxsus olmaması məlum olub. Araşdırmalar nəticəsində məlum olub ki, P. Zeynalovun həyətindən aşkarlanan silah-sursat, kənd məktəbində müəllim işləyən Vüsal Əliyev, onun bacısının həyat yoldaşı rayonun Baharlı kənd sakini Rizvan Mirzəliyev və Elnur Vaqifoğlu tərəfindən basdırılıb.

Bildirilir ki, bir müddət əvvəl Yüzbaşı kənd məktəbinin direktoru vəfat edib və onun yerinə oğlu Polad Zeynalov təyin edilib. Bundan sonra məktəbin direktoru ilə orada müəllim işləyən Vüsal Əliyev arasındakı əvvəldən gərgin olan münasibətlər daha da gərginləşib. Ədavət zəminində V.Əliyev direktorun həbs edilməsinə çalışıb və dostu Elnur Vaqifoğlu ilə birgə plan hazırlayıblar. Bu işdə onlara V.ŞƏliyevin bacısının həyat yoldaşı Rizvan Mirzəliyev də kömək edib və onlar əldə etdikləri silah-sursatı gizli yolla Polad Zeynalovun evinin həyətində basdırıblar. Daha sonra bu barədə hüquq-mühafizə orqanlarına məlumat ötürülüb.

Məlumata görə, direktorun işdən çıxarılması və həbs edilməsi üçün planın əsas müəllifi olan Elnur Vaqifoğlu bölgədə jurnalist kimi tanınır və bir neçə saytın rəhbəridir. Onun barəsində mətbuatda daha çox xoşagəlməz məlumatlara rast gəlinir.lent.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər