Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Ən çox oxunanlar
Sorğu

"Zərli Tac kamallı başa yaraşır" adlı bədii qiraət müsabiqəsinin təqdimatı keçirilib - FOTOLAR

Baxılıb: 2289     Tarix: 24-05-2018 12:54   


“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə ustad aşıq Dədə Şəmşirin Ulu Öndər Heydər Əliyevə həsr etdiyi şeirlərdən ibarət “ZƏRLİ TAC KAMALLI BAŞA YARAŞIR” adlı bədii qiraət müsabiqəsinin təqdimat mərasimi keçirilib.

Tədbirin aparıcısı – Bakı Dövlət Universitetinin dosenti, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin İdarə Heyətinin üzvü Ələmdar Cabbarlı bildirib ki, ustad aşıq Dədə Şəmşir sovet dövründə yaşayıb-yaratmışdır, amma o, heç bir partiya və hökumət rəhbərinə əsər həsr etməmişdir. Yalnız ötən əsrin 70-ci illərində Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin ölkədə apardığı quruculuq işlərini görən Aşıq Şəmşir Heydər Əliyevə silsilə şeirlər həsr etmiş, əsərlərində xalqımızın böyük oğlunun obrazını yaratmışdır.




Sonra Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, BDU-nun professoru Şahlar Əsgərov çıxış edərək Ulu Öndərin tarixi xidmətlərindən söz açıb.

Daha sonra “ZƏRLİ TAC KAMALLI BAŞA YARAŞIR” adlı bədii qiraət müsabiqəsinin finalçıları Dədə Şəmşirin Ulu Öndərə həsr etdiyi şeirləri səsləndiriblər. Münsiflər Heyətinin üzvləri – Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, bədii qiraət ustası Ağalar Bayramov, şairə Fərqanə Mehdiyeva, tənqidçi Əsəd Cahahgir, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin əməkdaşı Həqiqət Şükürova və AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Qürbət Mirzəzadə iştirakçıları müvafiq şəkildə qiymətləndiriblər.


Qaliblərə İctimai Birlik adından diplom və mükafatlar təqdim edilib.

Tədbirin sonunda “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxış edərək iştirakçılara İctimai Birliyin sədri Qənbər Qurbanovun adından minnətdarlığını bildirib. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin adı tariximizə qızıl hərflərlə yazılıb. 90-cı illərdə ölkəmizdə yaranmış gərgin ictimai-siyasi durumdan xalqımız məhz ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri sayəsində çıxıb, Azərbaycan dağılmaq, parçalanmaq təhlükəsindən xilas olub.


Natiq qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyev bütün həyatını, ömrünü Azərbaycan xalqının rifahına, dövlətçiliyimizin möhkəmlənməsinə sərf etmişdir. Bu günkü qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Həbib Misirov xüsusi vurğulayıb ki, bu gün xalqımız həm də ona görə xoşbəxtdir ki, Ulu Öndərin başladığı uğurlu yol davam edir, onun siyasi xətti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən inkişaf etdirilir.

Sumqayitfakt.Az






























Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər