Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu

11 illik musiqi məktəbinin kollektivinin uğurlu çıxışları davam edir- FOTOLAR

Baxılıb: 2201     Tarix: 22-05-2018 10:34   


Sumqayıt Regional Mədəniyyət idarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi, məktəbin direktoru əməkdar müəllim İkram Manafovun rəhbərliyi altında 23-26 may 2018-ci il tarixində Gürcüstandakı M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mərkəzinin dəvəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə, Azərbaycan Xalq Cümhuriyyətinin və Gürcüstan Respublikasının yaranmasının 100 illik yubileyləri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə Gürcüstanda keçiriləcək tədbirlərdə iştirak edərək, konsert proqramları ilə çıxış edəcək.

Qeyd edək ki, məktəb kollektivi Türkiyə Respublikasına səfərdən yeni qayıdıb.
Belə ki, Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi ilə Türkiyə Cümhuriyyəti İstanbul ili Maltepe Bələdiyyəsinin birgə layihəsi üzrə İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd edilib. Türkiyə hökumət nümayəndələrinin, Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyev, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycanın millət vəkilləri Nizami Cəfərov, Musa Qasımlı, Türkiyədə çalışan azərbaycanlı sənətçilərin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin razılığı əsasında Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbi kollektivinin qatıldıqları tədbirlər çərçivəsində, “Azərbaycan Xalq Cümhuriyyəti 100 il” parkı açılıb, azərbaycanlı rəssamların əsərlərindən təşkil olunan sərgi nümayiş edilib, konfranslar keçirilib. Yüksək səviyyədə təşkil olunmuş tədbirlərdə fəal iştirakçılar xüsusi qeyd edilib, Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin direktoru, əməkdar müəllim İkram Manafova Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi və Türkiyə Cümhuriyyəti İstanbul ili Maltepe Bələdiyyəsi tərəfindən “Onur plaketi” təqdim edilib.

Sumqayitfakt.Az









Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər