Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu

Sumqayıtda " Qarabağ həqiqətləri"...

Baxılıb: 2159     Tarix: 21-05-2018 18:27   
Sumqayıtda " Qarabağ həqiqətləri"...

Sumqayıtda «Vikipediyada Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması işinə dəstək» layihəsinə start verildi.


Sumqayıt şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə “Sumqayıt tələbələri” İctimai Birliyi tərəfindən «Vikipediyada Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması işinə dəstək» layihəsinin açılış mərasimi və ilk təlimləri baş tutdu.

“Sumqayıt tələbələri” İctimai Birliyinin sədri Rüfət Mahmudzadə təlim iştirakçılarını salamladı, layihənin məqsədləri - gənclər arasında informasiya texnologiyalarından düzgün faydalanmanın təbliği və Virtual Ensiklopediya olan Vikipediyada Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması barədə məlumatlandırdı.

Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul içisi Eyvaz Qocayev İnternetdən istifadə edən gənclərin bilik və bacarıqlarını milli maraqların müdafiəsi istiqamətində fəaliyyətə dair təşəbbüslərə cəlb etməyin, vikipedia üzrə bilik və bacarıqları artırmağın və eyni zamanda vikipediyanı kütləviləşdirməyin vacibliyini qeyd etdi.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov layihənin aktuallığını vurğuladı və gənclərə bu istiqamətdə daha fəal olmaqlarını tövsiyyə etdi.

Təlim təhsil və İKT sahəsində ekspert və təlimçi Ramil Süleymanov tərəfindən keçirildi. Eyni zamanda təlim iştirakçılarına veb 2.0 texnologiyaları, sosial şəbəkələrdən istifadə, sosial şəbəkələrin xüsusiyyətləri, vikipediyada redaktə bacarıqları, məqalələrin yerləşdirilməsi kimi məlumatlar interaktiv olaraq təqdim olunmuşdur.

Təqdimat gəncələr təşkilatlarının nümayəndələri, aktiv gənclər və kütləvi informaisya vasitələrinin nümayəndələri iştirakı ilə keçirilmişdir.

Layihə çərçivəsində təlimlərdə Sumqayıt şəhərindən 245 nəfər gəncin iştirakı nəzərdə tutulub.

Sumqayitfakt.Az





Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər