Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu

“Dedi orada ölmək istəyirəm” - Musa Yaqubun qızından ürəkparçalayan sözlər

Baxılıb: 4197     Tarix: 21-05-2018 13:38   
“Dedi orada ölmək istəyirəm” - Musa Yaqubun qızından ürəkparçalayan sözlər


Səhhəti ağırlaşan tanınmış şair Musa Yaqub xəstəliklə mübarizə aparır.

Sumqayitfakt.Az xəbər verir ki, yenicag.az-a açıqlama verən şairin qızı Yaqut atasının artıq yeriyə bilmədiyini deyib:

"Atam əvvəllər ürəyindən müalicə alırdı, təngnəfəslik ona əziyyət verirdi. Amma indi təngnəfəsliyi aradan qalxıb, "Parkinson" xəstəliyindən əziyyət çəkir. Dərmanlarını dünən xarici ölkədən gətizdirdik, amma hələ də vəziyyəti yaxşı deyil. Xəstəlik çox irəliləyib, atam yeriyə bilmir. Hər zaman çöldə-bayırda olan şair üçün yatağa məhkum olmaq çox ağırdır. Danışığında da problemlər var. Amma bununla belə yaddaşı üstündədir. Dünən mənə dedi ki, gündəliyimi gətir, bir şeir deyəcəm, onu yazarsan. "Buynuz qəbiristanlığı" adlı elə gözəl şeir dedi, təəssüf ki, onu yazmağa macalım olmadı".

Yaqut xanım Musa Yaqubun ölümdən qorxmadığını deyib:


"Atam deyir ki, ölümdən qorxmuram, doğmalarıma əziyyət verməkdən qorxuram. Deyir istəyirəm ki, gecə yatım, səhər yuxudan ayılmayım. Ona baş çəkməyə gələn Sabir əmiyə (Sabir Rüstəmxanlını nəzərdə tutur-C) də belə dedi. Amma yaşamaq eşqi hələ də güclüdür. Dünən mənə dedi ki: "Qızım, Türkiyədə bir həkim deyib əməliyyat olunsan, bu xəstəlikdən qurtulmaq olar. Yaşıma görə məni əməliyyat etməzlər. Amma bəlkə həkimə deyim məni əməliyyat etsin, elə orada ölmək istəyirəm". Atamın bu sözləri ürəyimi parçaladı".


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər