Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Ən çox oxunanlar
Sorğu

4 azyaşlı qan parçalanması səbəbi ilə xəstəxanaya yerləşdirildi

Baxılıb: 3151     Tarix: 18-05-2018 12:33   
4 azyaşlı qan parçalanması səbəbi ilə xəstəxanaya yerləşdirildi


Cənub bölgəsində 4 azyaşlıda qanın parçalanması-favizm xəstəliyi aşkarlanıb.

Sumqayitfakt.Az apa-ya istinadən xəbər verir ki, Masallı rayon sakini, 2012-ci il təvəllüdlü Mustafa Mahir oğlu Əliyev, Lənkəran şəhər sakini, 2015-ci il təvəllüdlü Əli Vüsal oğlu Axundov, Lənkəranın Yuxarı Nüvədi kənd sakini, 2012-ci il təvəllüdlü Zeynəb Xanbaba qızı Əlizadə və Separadi kənd sakini, 2015-ci il təvəllüdlü Cəfərsadiq Tofiq oğlu Məmmədov vəziyyətlərinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilib.

Uşaq şöbəsinə yerləşdirilən azyaşlılar həkimlər tərəfindən müayinə olunduqdan sonra onlara Favizm (qanın parçalanması) diaqnozu qoyulub. İlkin məlumata görə, bu hal paxladan hazırlanmış qida qəbul etdikdən sonra baş verib.

Azyaşlılara qan köçürülməsi ehtiyacı yaranıb, onlara qan vurulub, müalicələri davam etdirilir.

Bundan əvvəl daha iki uşaq eyni vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının uşaq şöbəsinə gətirilib. Onlardan biri müalicə olunduqdan sonra evə buraxılsa da, digəri ağır vəziyyətdə Bakıya, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna göndərilib.

Mütəxəssislər bildirib ki, favizm irsi defekt nəticəsində qanda parçalanma yaranması ilə müşahidə olunan xəstəlikdir. Azərbaycanın bir sıra, o cümlədən cənub bölgəsində yayılıb. Bəzi qida məhsulları, xüsusilə paxlalıların qəbulu zamanı bu xəstələrin vəziyyəti pisləşir.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər